ABŞ bizimlə bağlı yekun qərarı verməyib - Zelenski
22 Noyabr 2026, 01:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
425
11.11.2024, 10:12
10 noyabr tarixində COP29 konfrans məkanı Bakı Stadionunda keçirilən brifinqdə 500 nəfərə yaxın müxtəlif ölkələrin nümayəndə heyətlərinin üzvləri iştirak edib.
Oxu24.com xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Şəhla Abbəkirova, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir və Protokol və xarici əlaqələr şöbəsinin nümayəndəsi Qreys Ann Smit COP29-un əməliyyat aspektləri haqqında ən son məlumatları təqdim ediblər.
Brifinqdə beynəlxalq iqlim konfransında iştirak edəcək yüksək səviyyəli qonaqların qarşılanması, nəqliyyat və yerləşdirmə də daxil olmaqla vacib məsələlər əhatə olunub. COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Şəhla Abbəkirova COP29-un ilk günlərində baş tutacaq İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti ərzində keçiriləcək əsas tədbir və görüşlərin təşkilati tərəfləri, konfrans zamanı ölkə başçılarının tələb olunan səviyyədə qarşılanması üçün görülən tədbirlər barədə məlumat verib.
Brifinqdə, həmçinin COP29 Mavi və Yaşıl Zonalarında mövcud müxtəlif sahələr, burada fəaliyyəti qurulan iaşə və digər məntəqələr və ərazilər barədə ətraflı məlumat verilib, eləcə də çoxsaylı ziyarətçi axının idarə edilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi istiqamətində görülən işlər barədə danışılıb.
Brifinqin ikinci hissəsində xarici ölkələrin nümayəndə heyətlərinin üzvlərinin sammitin təşkili, nəqliyyat şəbəkələri, viza prosedurları və s. mövzularda sualları cavablandırılıb.



09:15 / 22 Noyabr 2026
1
08:56 / 22 Noyabr 2026
114
01:34 / 22 Noyabr 2026
176
01:33 / 22 Noyabr 2026
163
23:53 / 21 Noyabr 2026
831
23:41 / 21 Noyabr 2026
269
23:11 / 21 Noyabr 2026
1479
23:00 / 21 Noyabr 2026
174
22:47 / 21 Noyabr 2026
514
22:32 / 21 Noyabr 2026
223
22:20 / 21 Noyabr 2026
711
22:02 / 21 Noyabr 2026
615
21:49 / 21 Noyabr 2026
188
21:32 / 21 Noyabr 2026
689
21:27 / 21 Noyabr 2026
210
21:20 / 21 Noyabr 2026
188
21:17 / 21 Noyabr 2026
984
20:49 / 21 Noyabr 2026
1347
20:33 / 21 Noyabr 2026
235
20:09 / 21 Noyabr 2026
2511
19:14 / 21 Noyabr 2026
886
19:12 / 21 Noyabr 2026
264
18:41 / 21 Noyabr 2026
195
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.