Prezident beynəlxalq tribunadan onların adını çəkdi — Politoloq pərdəarxası məqamları AÇIQLADI
02 Sentyabr 2026, 12:22
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
289
10.11.2024, 09:00
Noyabrın 9-da Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
OXU24.COM xəbər verir ki, telefon danışığı əsnasında Kansler Olaf Şolts Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə qeyd edib. Kansler Olaf Şolts COP29 iqlim konfransının uğurla keçməsinin əhəmiyyətinə toxunaraq Almaniyanın yeni maliyyə hədəfinin əldə edilməsi üçün lazımi dəstək göstərəcəyini bildirib.
Dövlətimizin başçısı COP29-un ev sahibi və sədr ölkə kimi Azərbaycanın məqsədlərini qeyd edərək, tərəflər arasında körpülər qurmağa çalışdığını və nəticəyönümlü müzakirələrin aparılması üçün əlverişli platforma təmin etdiyini vurğulayıb.
Kansler Olaf Şolts Almaniyanın Azərbaycan ilə Ermənistan arasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edib və bu xüsusda, ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırdığını deyib.
Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarının Azərbaycan olduğunu deyərək, Ermənistanın konstitusional əsasda ölkəmizə qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunu bildirib. Dövlətimizin başçısı Ermənistanın sənədin mətni üzrə təkliflərini xeyli gecikdirməsinin prosesə mənfi təsir etdiyini xatırladıb, amma buna baxmayaraq, tərəflərin sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP29 başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğulayıb.
13:13 / 02 Sentyabr 2026
1
13:10 / 02 Sentyabr 2026
14
13:00 / 02 Sentyabr 2026
24
12:53 / 02 Sentyabr 2026
33
12:50 / 02 Sentyabr 2026
31
12:45 / 02 Sentyabr 2026
44
12:40 / 02 Sentyabr 2026
46
12:39 / 02 Sentyabr 2026
41
12:30 / 02 Sentyabr 2026
41
12:22 / 02 Sentyabr 2026
229
12:17 / 02 Sentyabr 2026
148
12:15 / 02 Sentyabr 2026
54
12:10 / 02 Sentyabr 2026
53
12:00 / 02 Sentyabr 2026
66
11:58 / 02 Sentyabr 2026
187
11:52 / 02 Sentyabr 2026
63
11:33 / 02 Sentyabr 2026
65
11:29 / 02 Sentyabr 2026
61
11:28 / 02 Sentyabr 2026
56
11:22 / 02 Sentyabr 2026
518
11:20 / 02 Sentyabr 2026
65
11:14 / 02 Sentyabr 2026
78
11:11 / 02 Sentyabr 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.