Prezident San Marinonun Regent Kapitanlarını təbrik edib
03 Sentyabr 2026, 11:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
225
31.10.2024, 19:45
Elementar diplomatik etiket qaydalarına əməl etməyi bacarmayan Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsi ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir.
Oxu24.com xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistanın “Hetq” media qurumuna müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar barədə yerli medianın sualına cavabında əksini tapıb.
"Müsahibədə Azərbaycan ərazisində işğala və separatçılığa son qoyan tədbirlərin hədəf alınması, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar, Ermənistanın “yarımçıq sülh” fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir.
Fransanın bölgədə eskalasiyanı davam etdirməyə yönələn davranışları və təxribatları bu ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edib", - XİN-dən bildirilib.
12:04 / 03 Sentyabr 2026
13
11:56 / 03 Sentyabr 2026
84
11:55 / 03 Sentyabr 2026
28
11:47 / 03 Sentyabr 2026
30
11:41 / 03 Sentyabr 2026
38
11:34 / 03 Sentyabr 2026
38
11:13 / 03 Sentyabr 2026
46
11:00 / 03 Sentyabr 2026
47
10:50 / 03 Sentyabr 2026
68
10:18 / 03 Sentyabr 2026
68
10:16 / 03 Sentyabr 2026
72
10:14 / 03 Sentyabr 2026
64
10:13 / 03 Sentyabr 2026
67
10:12 / 03 Sentyabr 2026
64
23:10 / 02 Sentyabr 2026
845
22:51 / 02 Sentyabr 2026
133
22:50 / 02 Sentyabr 2026
229
22:45 / 02 Sentyabr 2026
141
22:34 / 02 Sentyabr 2026
422
22:15 / 02 Sentyabr 2026
118
22:13 / 02 Sentyabr 2026
1013
22:09 / 02 Sentyabr 2026
314
22:03 / 02 Sentyabr 2026
664
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.