DEPUTAT: “Azərbaycanın Avrasiyada geosiyasi çəkisi və strateji əhəmiyyəti artır”
03 Sentyabr 2026, 16:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
237
29.10.2024, 15:00
Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Sahir Şamşad Mirza ilə görüşüb.
Oxu24.com Azərbaycan XİN-ə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri, eləcə də regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə iki ölkə liderləri, eləcə də xarici işlər nazirləri arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmə mexanizmlərinin, regional əməkdaşlıq platformalarının dostluq və qardaşlıq münasibətlərimizin daha yüksək səviyyəyə qalxması işinə töhfə verdiyi məmnunluqla qeyd edilib. Siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar, müdafiə, təhlükəsizlik və digər istiqamətlərdə əməkdaşlığın daha da inkişafının vacibliyi vurğulanıb.
Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi bir sıra regional və beynəlxalq təşkilatlar daxil olmaqla, çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Pakistanın 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkə liderləri arasında görüşlər üçün əlavə imkan yaranacağı, bu tədbirin iki ölkə arasında əməkdaşlıq üçün xüsusi fürsət olduğu qeyd edilib.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


21:20 / 03 Sentyabr 2026
23
21:14 / 03 Sentyabr 2026
35
21:01 / 03 Sentyabr 2026
39
20:48 / 03 Sentyabr 2026
49
20:30 / 03 Sentyabr 2026
134
20:16 / 03 Sentyabr 2026
57
19:58 / 03 Sentyabr 2026
97
19:45 / 03 Sentyabr 2026
62
19:34 / 03 Sentyabr 2026
77
19:33 / 03 Sentyabr 2026
64
19:19 / 03 Sentyabr 2026
74
19:12 / 03 Sentyabr 2026
65
19:07 / 03 Sentyabr 2026
62
18:50 / 03 Sentyabr 2026
91
18:36 / 03 Sentyabr 2026
77
18:22 / 03 Sentyabr 2026
72
18:05 / 03 Sentyabr 2026
72
18:02 / 03 Sentyabr 2026
101
17:55 / 03 Sentyabr 2026
86
17:43 / 03 Sentyabr 2026
84
17:30 / 03 Sentyabr 2026
98
17:25 / 03 Sentyabr 2026
76
17:20 / 03 Sentyabr 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.