Prezidentin qərarı: Sentyabrdan onlara böyük güzəşt ediləcək – SİYAHI
03 Sentyabr 2026, 22:01
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
220
28.10.2024, 10:14
"2024-cü ildə Azərbaycanın qaz hasilatı ümumilikdə 23 milyard kubmetr təşkil edib ki, onun da 9 milyard kubmetri Avropaya ixrac olunub".
Oxu24.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Hərbi-Siyasi Məsələlər İdarəsinin rəis əvəzi Anar Mütəllimov Azərbaycanın NATO ilə Tərəfdaşlığı Çərçivəsində Enerji Təhlükəsizliyi və İqlim Dəyişikliyi çərçivəsində Bakıda keçirilən Forumda bildirib.
O qeyd edib ki, Azərbaycan Avropada təhlükəsizliyə önəm verilməsi istiqamətində götürdüyü öhdəliklərə sadiqdir:
"30 illik müddətə baxdıqda Azərbaycan ciddi irəliləyişlərə nail olub. Azərbaycan NATO ilə müxtəlif məsələlər ətrafında siyasi cəhətdən fəal əməkdaşlığa üstünlük verir. Azərbaycan Avro-Atlantik bölgəsində təhlükəsizliyə önəm verilməsi istiqamətində öhdəliklər götürüb. O həm təhlükəsizlik sektorunda islahat, ətraf mühit, sülh və təhlükəsizlik, həm də enerji təhlükəsizliyi baxımından etibarlı tərəfdaşdır. Azərbaycan uzun illər ərzində Şərq və Qərb arasında körpü rolunu oynayıb. Artan tələbatları da nəzərə alaraq Azərbaycan Avro-Atlantik bölgənin enerji təhlükəsizliyinə töhfəsini davam etdirəcək. COP29-a Prezidentliyi çərçivəsində Azərbaycan iki mühüm istiqamətdə fəaliyyət göstərəcək. Onlardan biri öhdəliklərin genişləndirilməsi, digəri isə məqsədlərin artırılmasıdır. Bir enerji təminatçısı kimi həm də ekoloji təhlükəsizliyə töhfə vermək mümkündür. Hesab edirik ki, bu müzakirələr məhsuldar olacaq".
00:19 / 04 Sentyabr 2026
1
23:59 / 03 Sentyabr 2026
23
23:55 / 03 Sentyabr 2026
43
23:45 / 03 Sentyabr 2026
47
23:20 / 03 Sentyabr 2026
49
23:08 / 03 Sentyabr 2026
56
22:53 / 03 Sentyabr 2026
148
22:42 / 03 Sentyabr 2026
50
22:30 / 03 Sentyabr 2026
53
22:14 / 03 Sentyabr 2026
59
22:03 / 03 Sentyabr 2026
57
22:01 / 03 Sentyabr 2026
778
21:51 / 03 Sentyabr 2026
72
21:48 / 03 Sentyabr 2026
63
21:20 / 03 Sentyabr 2026
72
21:14 / 03 Sentyabr 2026
78
21:01 / 03 Sentyabr 2026
57
20:48 / 03 Sentyabr 2026
68
20:30 / 03 Sentyabr 2026
180
20:16 / 03 Sentyabr 2026
71
19:58 / 03 Sentyabr 2026
123
19:45 / 03 Sentyabr 2026
73
19:34 / 03 Sentyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.