Qaynar xətt:

(+99450) 247 90 86

Mehriban Əliyeva Əminə Ərdoğanla görüşüb

Mehriban Əliyeva Əminə Ərdoğanla görüşüb

SİYASƏT

1134

19.02.2024, 20:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb.

Oxu24.com  xəbər verir ki, bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan "X" səhifəsində paylaşım edib.

“Azərbaycan Prezidentinin əziz xanımı, dostum Mehriban Əliyeva ilə görüşdük. Mən Mehriban xanım Əliyevaya Qarabağ Zəfəri nəticəsində 30 ildən sonra seçkinin bütün Azərbaycan torpaqlarında yüksək iştirakla keçirilməsindən məmnunluğumuzu bildirdim.

Bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə bağlı birgə həyata keçirə biləcəyimiz işlər haqqında da fikir mübadiləsi apardıq.

Yenidən Prezident seçilən cənab İlham Əliyevi və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevanı ürəkdən təbrik edir, onlara uğurlu fəaliyyət arzulayıram. Ümid edirəm ki, seçkidəki qələbə dost Azərbaycan xalqına xeyir gətirəcək”, - paylaşımda deyilir.