Qaynar xətt:

(+99450) 247 90 86

Qarabağdakı rus sülhməramlıları haqqında açıqlama

Qarabağdakı rus sülhməramlıları haqqında açıqlama

SİYASƏT

482

14.02.2024, 20:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moskva və Bakı Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində olması məsələsi ilə bağlı yeni təmaslar hazırlayır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə  TASS məlumat yayıb.

 

“Rusiya sülhməramlı kontingentinin təfərrüatları ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bu sahədə dialoqumuz müntəzəm və konstruktiv xarakter daşıyır. Müzakirə olunan məsələlər arasında erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmaqla Qarabağa qaytarılması, birgə patrulların təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi var”, - deyə Zaxarova qeyd edib.

Bundan əvvəl TASS-a müsahibəsində Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirmişdi ki, Rusiya sülhməramlılarının qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur.

 

Miri