Qaynar xətt:

(+99450) 247 90 86

İraq Kürdüstanının türkmanəsilli naziri İlham Əliyevi təbrik edib

İraq Kürdüstanının türkmanəsilli naziri İlham Əliyevi təbrik edib

SİYASƏT

459

09.02.2024, 10:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qardaş Azərbaycanda keçirilən prezident seçkilərində qalib gələn və yenidən Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq.

Bunu Oxu24.com-a açıqlamasında İraq Kürdüstan Regionu hökumətinin Etnik Azlıqların İşləri üzrə naziri Aydın Maruf Səlim deyib.

A.Maruf Səlim bu seçki qələbəsinin Azərbaycan xalqı və türk dünyası üçün xeyirli və uğurlu olacağına ümid edirklərini bildirib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.