Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentliyə namizədlər Zahid Oruc və Qüdrət Həsənquliyev İlham Əliyevə zəng ediblər

Prezidentliyə namizədlər Zahid Oruc və Qüdrət Həsənquliyev İlham Əliyevə zəng ediblər

SİYASƏT

585

08.02.2024, 14:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezidentliyə namizədlər Zahid Oruc və Qüdrət Həsənquliyev İlham Əliyevə zəng ediblər.

Oxu24.com  xəbər verir ki, hər iki namizəd İlham Əliyevi qələbə münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.