Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102393
az

MSK səsvermənin ilkin nəticələrini elan etdi: İlham Əliyev 92,1% səslə liderdir

23:1707 Fevral, 2024
393
  • A

Bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələri elan olunub.

Oxu24.com-un xəbərinə görə, bu barədə nəticəni Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi brifinqdə açıqlayıb.

MSK sədri bildirib ki, ilkin nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,2 faiz,

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 faiz,

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz,

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 faiz,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz,

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,48 faiz səs toplayıb.

O, qeyd edib ki, bülletenlərin 54,47 faizi hesablanıb.

“Ötən seçkilərlə müqayisədə bu seçkilərdə 1 milyondan çox seçici iştirak edib. Bu da çox yaxşı nəticədir”, - Məzahir Pənahov qeyd edib. Onun sözlərinə görə, hazırda 3 561-dən çox nəticə daxil olub. “Məntəqələrdən nəticələr daxil olmaqdadır. Hesab edirik ki, bu axşam 90 faizdən artıq məntəqələrdən daxil olan nəticələri elan etmək imkanımız olacaq”, - MSK sədri vurğulayıb.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Bakıda həbsdə olan Qukasyan haqda yeni qərar

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu