Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102303
az

Azərbaycanda növbədənkənar prezident seçkiləri üzrə səsvermə başlayıb

08:1107 Fevral, 2024
119
SİYASƏT
  • A
Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə başlayıb. Oxu24.com-un xəbərinə görə, bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir və prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq. 18 yaşı tamam olmuş şəxslər seçki məntəqələrinə yaxınlaşaraq səs verə bilərlər. Ölkədə 6 milyon 478 min 623 seçici var və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub. Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var, onların 26-sı azad olunmuş ərazilərdə yerləşdirilib. Azərbaycan hüdudlarından kənarda 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Ümumilikdə ölkə hüdudlarından kənarda təxminən 22 mindən artıq seçicimiz öz səsvermə hüquqlarından istifadə edə biləcək. 2 mindən çox seçki məntəqəsində hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün mobil panduslar quraşdırılıb. Gözdən əlil seçicilərin sərbəst şəkildə səsverməsi üçün hər bir seçki məntəqəsində Brayl əlifbası ilə tərtib olunan trafaretlərlə təmin olunub. Bu gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır. Seçkilərdə 790 beynəlxalq müşahidəçi 49 beynəlxalq təşkilat və 70 ölkəni təmsil edir. Həmçinin, 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib. Eyni zamanda 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi iştirak edir. Veb-kameralar bu gün saat 07:30-da işə salınıb və seçki məntəqəsində bütün proseslər bitənə qədər onlayn şəkildə fəaliyyət göstərəcək. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə “exit-poll” həyata keçirəcək. Mərkəzi Seçki Komissiyası 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Onlar hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir. Miri Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Gəlir gəlsin, gəlmir, heç lazım da deyil” - Prezidentdən sərt xəbərdarlıq
İrəvana verilən silahlar kritik həddə çatsa, onda... - Əliyev

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı