Qaynar xətt:

(+99450) 247 90 86

Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

SİYASƏT

766

23.01.2024, 18:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Prezident İlham Əliyev "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunu təsdiqləyib.

Oxu24.com  xəbər verir ki, dövlət başçısı, həmçinin qanunun tətbiqini təmin etmək məqsədilə "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman da imzalayıb.

Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Bundan sonra aşağıdakı üç qanun ləğv ediləcək:

“Antiinhisar fəaliyyəti haqqında” 1993-cü il 4 mart tarixli 526 nömrəli qanun, “Haqsız rəqabət haqqında” 1995-ci il 2 iyun tarixli 1049 nömrəli qanun, “Təbii inhisarlar haqqında” 1998-ci il 15 dekabr tarixli 590-IQ nömrəli qanun.

Məcəllə ilə tanış olmaq üçün PDF yükləyin.