Prezident icra başçısını vəzifəsindən azad etdi
24 Sentyabr 2026, 16:31
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
692
15.01.2024, 09:41
Son illər region dövlətləri arasında baş verən proseslərdən sui-istifadə edərək Azərbaycanın və digər ölkələrin vətəndaşlarını Ukrayna vətəndaşları adı altında müxtəlif dövlətlərdə yaşaya, sığınacaq ala, vizasız sərbəst hərəkət edə bilmələri üçün qanunsuz yolla Ukrayna dövlətinə aid rəsmi sənədlərlə təmin edən transmilli mütəşəkkil cinayətkar dəstənin əməlləri ifşa olunub.
DTX-nin Mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, aparılan araşdırmalar zamanı, Ukraynanın Lvov şəhərində yaşamış Nuriyev İbadət Qəhrəman oğlu, Türkiyə Respublikasının İstanbul şəhərində yaşamış Bağırov Fərid Vaqif oğlu və digərlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin yanvar ayından etibarən ayrı-ayrı şəxslər üçün Ukraynaya məxsus pasport, şəxsiyyət və sürücülük vəsiqələrini, o cümlədən digər sənədləri qeyri-qanuni yolla hazırlayıb, hər birini 30.000 ABŞ dollarınadək müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində satmaları müəyyən edilib.
DTX tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin şəxslərin saxlanılaraq Azərbaycanda istintaqa cəlb edilmələri təmin olunub, hüquq verən və vəzifədən azad edən vəsiqə və digər rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz hazırlama, bu cür saxta sənədləri satma və digər cinayət əməllərinə görə onlara ittiham elan edilib.
Araşdırmalarla həmçinin müxtəlif dövlətlərdə saxta sənədlərlə hərəkət edən şəxslər müəyyənləşdirilib.
Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
17:05 / 24 Sentyabr 2026
1
17:00 / 24 Sentyabr 2026
24
16:41 / 24 Sentyabr 2026
40
16:31 / 24 Sentyabr 2026
153
16:30 / 24 Sentyabr 2026
47
16:08 / 24 Sentyabr 2026
68
15:55 / 24 Sentyabr 2026
61
15:39 / 24 Sentyabr 2026
76
15:31 / 24 Sentyabr 2026
67
15:27 / 24 Sentyabr 2026
66
15:21 / 24 Sentyabr 2026
712
15:20 / 24 Sentyabr 2026
59
15:11 / 24 Sentyabr 2026
65
15:07 / 24 Sentyabr 2026
89
15:05 / 24 Sentyabr 2026
70
15:05 / 24 Sentyabr 2026
74
15:00 / 24 Sentyabr 2026
72
14:50 / 24 Sentyabr 2026
394
14:40 / 24 Sentyabr 2026
77
14:30 / 24 Sentyabr 2026
76
14:30 / 24 Sentyabr 2026
71
14:17 / 24 Sentyabr 2026
293
14:09 / 24 Sentyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.