Vitse-spiker: Azərbaycanın siyasi dəstəyi Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir
25 Sentyabr 2026, 00:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
549
06.01.2024, 16:29
Blinken Azərbaycanı "dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısına" daxil etdiklərini bəyan edib.
OXU24.COM xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı bu barədə qeyd edib. O bildirib ki, ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2023-cü il hesabatında da Azərbaycan iki iddia ilə ittiham olunur:
"- Qarabağda xristian dini irsinin qorunmadığı, erməni əhalisinin hüquqlarının pozulduğu iddia edilir;
- Azərbaycanda İrana bağlı şəbəkəyə (Müsəlman Birliyi, "Hüseyniyyun" qruplaşmasının tərəfdarları) qarşı keçirilən əməliyyatlar dini etiqad azadlığının pozulması kimi qeyd olunur, həbs edilən İran casusları "vicdan məhbusu" adlandırılır;
USCIRF-nin bundan əvvəlki hesabatlarında da İrana bağlı şəbəkəyə qarşı addımlar din azadlığının pozulması olaraq göstərilib.
Bu məqam xüsusilə maraqlıdır və həmişə bir sualı ön plana çıxarır: İranla düşmən mövqedə olan ABŞ Azərbaycanda molla rejiminə işləyənləri niyə müdafiə edir? Yaxud dünyəvilikdən yana olan Vaşinqton Azərbaycanda "şəriət hökuməti" qurmaq istəyənlərə (İranın dini qüvvələrinə bağlı olanlar bunu gizlətmirlər) niyə bu formada dəstək verir?
Cari hədəfin rəsmi Bakıya təzyiq məqsədi daşıdığı bəllidir, xüsusilə regional proseslər fonunda bu aydın görünür. Lakin burada kökləri daha dərinə gedən səbəblər də var.
Birincisi, Azərbaycanda "dini müxalifətin" formalaşması planıdır: siyasi-ideoloji olaraq Qərbə yaxın liberal müxalifətin xüsusilə 2005-ci ildən sonra yüksəlişə keçən "siyasiləşmiş dindarlar"la dərin əməkdaşlığı da bundan qaynaqlanırdı;
İkincisi, tarixi ənənənin davam etdirilməsidir: İranda 1979-cu il İslam inqilabının əsas hədəflərindən biri SSRİ-nin sərhədlərində dini rejimin yaradılması, kommunizmin yayılması önünə səddin çəkilməsi idi, indi hədəflər dəyişsə də, bu coğrafiyada "siyasi İslamın" dəstəklənməsi ənənəsi davam etdirilir".
00:26 / 25 Sentyabr 2026
51
00:04 / 25 Sentyabr 2026
66
23:49 / 24 Sentyabr 2026
60
23:01 / 24 Sentyabr 2026
193
22:58 / 24 Sentyabr 2026
78
22:40 / 24 Sentyabr 2026
63
22:33 / 24 Sentyabr 2026
89
22:31 / 24 Sentyabr 2026
71
22:25 / 24 Sentyabr 2026
76
22:08 / 24 Sentyabr 2026
81
22:02 / 24 Sentyabr 2026
229
21:57 / 24 Sentyabr 2026
67
21:55 / 24 Sentyabr 2026
213
21:52 / 24 Sentyabr 2026
178
21:48 / 24 Sentyabr 2026
70
21:38 / 24 Sentyabr 2026
279
21:32 / 24 Sentyabr 2026
395
21:19 / 24 Sentyabr 2026
56
21:17 / 24 Sentyabr 2026
106
21:12 / 24 Sentyabr 2026
134
21:10 / 24 Sentyabr 2026
64
21:04 / 24 Sentyabr 2026
76
20:58 / 24 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.