Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1000
az

Vasif Talıbov nazirliyi iki struktura böldü Vasif Talıbov nazirliyi iki struktura böldü

23:2823 Aprel, 2018
1049
  • A
 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
“Oxu24.com”un xəbərinə görə, sərəncama əsasən Naxçıvan Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradılıb.

Sərəncamda Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Mədəniyyət Nazirliyinin və Naxçıvan Turizm Departamentinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Ali Məclisinin sədrinə təqdim etmək tapşırılıb.
 
Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsində Naxçıvan Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Naxçıvan Mədəniyyət Nazirliyinin və Naxçıvan Turizm Departamentinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsi təmin ediləcək.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb
Brüssel görüşü Cənubi Qafqazdakı həssas vəziyyəti gərginləşdirə bilər
Ermənistan-ABŞ-Aİ görüşünün məqsədi regionumuzu geosiyasi qarşıdurmaya çəkməkdir - Azər Qarayev

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Küçədə qadına söz atan məmuru bu hala saldılar (18+VİDEO)
Jurnalistlər belə vuruldu  -  ŞOK  VİDEO
Apreldə hansı qidaları yemək lazımdır? - SİYAHI
Oğuzda narkotiklərlə əlaqəli 2 nəfər saxlanılıb