Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98847
az

Ucarın küçələrində niyə işıq yoxdur? - VİDEO

16:3402 Dekabr, 2023
1812
ŞİKAYƏTLƏR
  • A

Ucarın qaranlığına niyə işıq tutan yoxdur - APA TV

Bu qaranlıq küçələri tanıdınızmı? Bura Ucardır. İlin əvvəlində də biz bu rayonun qaranlığına işıq tutmağa çalışmışdıq. 

Bu gün isə gəlmişik ki, yayda verilən vədlərin yerinə yetirilib-yetirilmədiyini yoxlayaq. Təəssüf ki, dəyişən heç nə yoxdur. Rayonun Azərbaycan, Elnur Hacıyev, Oğuz, 20 yanvar, 28 may küçələri və Heydər Əliyev prospektinin sakinləri deyir ki, dəfələrlə edilən müraciətlərə baxmayaraq onların qaranlığına işıq tutan olmayıb. Onların sözlərinə görə, rayonda hər hansı bir tədbir keçirilərsə və ya çəkiliş aparılar küçələr normal işıqlandırılır. Qalan vaxtlarda işıq yanmır. Sakinlər deyir ki, itdən qorxaq, yoxsa qaranlıqdan.  


Məsələyə münasibət bildirən şəhər inzibati ərazi dairəsi üzrə İcra nümayəndəsi Abdulla İbrahimov mövcud vəziyyətdən xəbərdar olduğunu deyir: “Problemdən xəbərdarıq. Sakinlər haqlı olaraq narazılıq edirlər. Artıq tender elan olunub və qalib də  müəyyənləşib. Dekabr ayında işlərə başlanacaq və rayonda bu məsələ kökündən həll olunacaq” - deyə icra nümayəndəsi qeyd edib. 

Qeyd edək ki,  şəhər icra nümayəndəsi cari ilin əvvəlində çəkiliş apardığımız zaman iyul ayında işlərə başlanacağına söz vermişdir. Amma bu söz olaraq qaldı.  

 

 

Zahid Abışov, Devran Əsgərov, APA TV

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb