Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96489
az

DYP vətəndaşın avtomobilini qanunsuz saxlayır? - Vətəndaşdan iddia

12:2514 Oktyabr, 2023
7226
ŞİKAYƏTLƏR
  • A

Bakı şəhəri,Suraxanı rayon sakini Cabbarov  Cabir  tərəfindən saytımıza müraciət daxil olub.

Oxu24.com xəbər verir  ki, Cabbar  Cabbarov bildirib ki,ona  məxsus Hunday  Coupe  markalı avtomobil  aylarladır  ki, qanunsuz    olaraq cərimə meydançasında  saxlanılır.

Vətəndaş  bildirib ki ,hadisə 11 iyul 2023-cü il tarixdə  Qaradağ rayonu ərazisində saxlanılıb.

“Mənə məxsus avtomobil  oğlum Vüqar Cabbarov tərəfindən etibarnaməsiz sürüldüyü üçün Qaradağ rayonu ərazisində saxlanılıb. Daha sonra avtomobili Bakı Şəhəri Yol Polis İdarəsində,Badamdar  ərazisinə  aparıldı. Bizim  avtomobilə  heç bir cərimə yazılmadı,lakin avtomobili bizə qaytarmadılar. Səbəb kimi isə avtomobilin ağ-qara rəngdə olması göstərildi.

 

Mən onlara izah etdim ki, avtomobilin Dövlət tərəfindən verilən texniki pasportunda rəngi ağ-qara olaraq qeyd edilib. Əgər buna icazə  yoxdursa, Dövlət  hansı əsasla texniki pasportda ağ-qara olaraq qeyd edilib.

Məsələ ilə bağlı yuxarı qurumlara müraciət etmişik.Amma buna baxmayaraq bu günə kimi avtomobili bizə təhvil vermirlər”, deyə şikayətçi qeyd edib.

Oxu24.com məsələ ilə bağlı hüquqşünas Ellada Bayramova ilə əlaqə saxlayıb. Şikayət edən şəxsin hüquqlarını müdafiə edən Ellada  Bayramova bildirib ki, vətəndaşa məxsus avtomobilin həmin bəhanə ilə cərimə meydançasında aylarladır ki, saxlanılması qanunsuzdur.

 

“Hüquqlarını müdafiə etdiyim şəxslə birlikdə  Bakı Şəhər Yol Polis İdarəsində Azad Əliyevin qəbulunda olduq. Həmin şəxsə bildirdim ki,avtomobilin texnii pasportunda rəngi ağ-qara olaraq göstərilib.Bu gün Azərbaycan Respublikası ərazisində  bunu qadağan edən heç bir rəsmi qərar,əmr,qanun yoxdur. Bu səbəbdən də avtomobilin cərimə meydançasında saxlanılması qanunsuzdur.Buna baxmayaraq Azad Əliyev avtomobilin buraxılmasına icazə vermədi”,-deyə hüquqşünas bildirib.

Oxu24.com məəslə ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.

 

Müəllif:Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...