Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83539
az

Yoldaşım vəzifəsindən istifadə edib uşaqları əlimdən alıb  - Məmur xanımından şok sözlər

19:3027 Fevral, 2023
8516
ŞİKAYƏTLƏR
  • A

Həyat yoldaşı tərəfindən evdən qovulan və uşaqları ilə görüşə imkan verilməyən qadın kömək istəyib.

Oxu24.com saytına müraciət edən Könül Ocaqova bildirib ki, həyat yoldaşı vəzifəli şəxs olmasından istifadə edərək onu evdən çıxardıqdan sonra,övladları ilə görüşə də imkan vermir.

“Mən 16 yaşımda olarkən atamın əmisi oğlu,özümdən 11 yaş böyük  Polad Ocaqoğla ailə həyatı qurdum. Həmin vaxt yaşım nikaha düşmürdü. 13 il həyat yoldaşımla ailəli olduq,hazırda iki övladımız var. Qayınatam və qayınanam öldükdən sonra yoldaşım başqa qadınla mənə xəyanət etdi. Ondan sonra məni zorla evdən çıxardı.Evdən çıxan zaman əşyalarım,toyda mənə verilən qızıllar,geyimlərim hamısı evdə qaldı.Qayıdanda gördüm ki,yoldaşım evin açarını da dəyişib.O,gündən sonra övladlarımdan da ayrı düşdüm.”

Könül Ocaqova bildirib ki, hazırda onların işi məhkəmədədir.Xanım iddia edir ki, həyat yoldaşı işlədiyi vəzifədən istifadə edərək məhkəmənin çıxardığı qərarı yerinə yetirməkdən imtina edir.

“Həyat yoldaşım Polad Ocaqov Qaradağ Rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin sədridir. O,vəzifəsindən,əlaqələrindən istifadə edərək məhkəmənin uşaqlarla görüş üçün icazə qərarının yerinə yetirilməsinə mane olur. Heç bir hüquqi əsas olmadan uşaqlarla mənim görüşümə imkan vermir.Bu işdə 3 icraçı dəyişib. Bu günə qədər uşaqları görə bilməmişəm.”

Könül Ocaqova bildirib ki, uşaqlarına ciddi təyziqlər var.Məqsəd isə məhkəməyə qədər uşaqları anaya qarşı hazırlamaqdır.

“Övladlarım mənə qarşı öyrədilir.Onlara yalandan deyilir ki, ananız sizi atıb gedib.İstəyirlər ki, məhkəmədə bu yolla uşaqları məndən alsınlar.Uşaqlarımla görüşə də imkan vermirlər ki,onlara həqiqəti deyə bilim”.

 

(Hüquqşünas Ellada Bayramova)

Könül Ocaqovanın hüquqlarını müdafiə edən hüquq müdafiəçisi Ellada Bayramova bildirib ki,Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərar cavabdeh şəxs tərəfindən icra edilmir.

“Hüquqlarını müdafiə etdiyim Könül  Ocaqovanın övladları ilə dəfələrlə görüş üçün cəhd etmişik.Uşaqlar saxta arayışlarla dərsdən yayındırılır.Məktəbə də getmirlər.Biz uşaqların təhsil aldığı Binəqədi rayon 30 nömrəli məktəbə getdik.Orada bizə bildirdilər ki, uşaqlar virusa yoluxduqları üçün dərsə gəlmirlər.”

 

(Polad Ocaqov)

Oxu24.com iddialarla bağlı Qaradağ Rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin sədri Polad Ocaqovla əlaqə saxlayıb.

O,səsləndirilən ittihamları əsassız adlandırıb.

“Mənim həyat yoldaşımla işim hazırda məhkəmədədir.Biz boşanma ərəfəsindəyik.Onlar məndən ir neçə otaqlı ev tələb edirdilər. Onların davası ev üstündədir.”

 

Miri Məcidli

Foto:Əhməd Xəlilov

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Bakıda şok hadisə: 800 min manatlıq evini itirdi (VİDEO)

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ