Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83422
az

“Cinsi oriyentasiyasına görə işdən qovulub” - Yüzbəyova

13:4725 Fevral, 2023
3754
ŞİKAYƏTLƏR
  • A

İnfluenser Xatirə Yüzbəyova instaqramda tənqidi statuslar paylaşıb.

OLAY yazır ki, o, TikTok-da davranışlarına görə Babək adlı gənci linç edənləri qınayıb. Xatirə deyib ki, sözügedən tiktokerə cinsi oriyentasiyası səbəbilə təzyiq göstərirlər:

“Bilirsiz ki, bizim içimizdə bəzi insanların cinsi oriyentasiyaları fərqlidir. Geyləri və digərlərini nəzərdə tuturam. TikTok-da Babək adlı bir oğlan var. Mən onun xətrini çox istəyirəm. Onu məcbur edirlər ki, özünü kişi kimi aparsın. Linç edirlər, guya onu çox istəyirlər. Dəyişməyə çalışırlar. Siz onu dəyişə bilməyəcəksiz. Çünki o insan elədir.

 

Canlı yayımı izləmişəm, əsəblərim oynayıb. Kişi kimi geyinsə də, hərəkətləri qadına məxsusdur. Bəlkə də o, özü də dilinə gətirə bilmir ki, belədir, dərk edə bilmir. Amma kənardan hər şey anlaşılır. Onu o dərəcəyə gətiriblər ki, özünü kişi kimi aparmaq istəyir, “qədeş” kimi davranmağa çalışır. Bunu bacarmır və kənardan gülünc görünür. Orada ona deyirlər ki, saçını belə dara, özünü belə apar, hə “brat” kişi belə edər, saçını belə darayar. Bunu yazanların içərisində qadınlar da var. Bir insana təzyiq göstərərək, necə özünü belə aparmasını istəyə bilərsiz?! Onsuz da o insan psixoloji cəhətdən zəifdir. Özünü elə apara bilməz, alınmır. Bu bir seçim deyil. Gül kimi uşağı “qaqa” etmək istəyirlər. Çox saf, təmiz, iradəsiz insan olduğu bəllidir. Mən onun canlısına baxırdım, əhvalım düzəlirdi, hədiyyələr atırdım.

 

Adımı belə düz tələffüz edə bilmirdi. Rayonda yaşayır, valideynləri yoxdur. İşdən belə olmağına görə çıxarılıb. İşsizdir. Necə yaşayır? Sən onunla maraqlanmırsan, bilmirsən ki, cinsi oriyentasiyasına görə işdən qovulub. Yetimdir, tək yaşayır. Evində televizoru yoxdur, deyirsən ki, kişi olmalısan. Olmalısan ki, bunların hamısı olsun”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...