Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78994
az

Uşağı məktəbdə boğub başını partaya vuran polis görün kim imiş (VİDEO)

13:4217 Dekabr, 2022
3373
ŞİKAYƏTLƏR
  • A

2013-cü il təvəllüdlü Tunar Kamranlının Vüsal Hüseynov tərəfindən döyülməsi ilə bağlı müraciət üzrə Yevlax rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  Oxu24.com-a bildirilib ki, aparılmış araşdırma zamanı hadisə yerinə baxış keçirilib, video-müşahidə kameralarından görüntülər əldə edilib, Tunar Kamranlı və digər şəxslərin izahatları alınıb, məhkəmə tibbi ekspertizası təyin edilərək rəyi əldə olunub.

Baş Prokurorluğun təqdimatı əsasında Daxili İşlər nazirinin müvafiq əmri ilə Vüsal Hüseynov tutduğu vəzifədən azad edilib, həmçinin, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinə əsasən inzibati icraat açılaraq toplanmış materialar baxılması üçün aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bu ilin sentyabr ayında Yevlax rayonunda yaşayan şəxs rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib. Rayon sakini olan qarşı tərəf də polisə azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət ünvanlayıb. Müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub.

Baş Prokurorluğun mətbuat xidməti Yevlax şəhəri S. Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdinin Yevlax rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynovun xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin etməsi faktı ilə bağlı Yevlax rayon Prokurorluğunda araşdırma başlanması barədə məlumat yaymışdı.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...