Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75810
az

“Bizim market” rəhbərliyi işçilərin sənədlərini alıb, onları şantaj edir? - ŞOK İDDİA

23:4804 Noyabr, 2022
2543
ŞİKAYƏTLƏR
  • A

“Bizim Market” MMC-nin tərkibində yerləşən “Bizim Market” və “Novas Home” mağazalar şəbəkəsinin işlədilməsi başqa şirkətə həvalə edilib. Şirkət gələcək fəaliyyətlərini “Grandmart”, “Bolmart” və “Megastore” supermarketlər şəbəkələri ilə birgə davam etdirmək qərarı alıb.

Elə bəzi əməkdaşların problemləri də bundan sonra başlayıb. Şirkət əməkdaşları iddia edirlər ki, məhz bu qərardan sonra marketlərdə əskik gələn malların pulları mağaza müdirlərinin ayağına yazılıb. Onlardan biri də “Bizim Market”in Suraxanı rayon filialını müdiri Mirəziz Seyidovdur: “Mənim mağazamın təhvilindən sonra “Bizim marketin” icraçı direktoru Fərid Ələkbərov məni çağırıb dedi ki, 5800 manat ver. Ondan sonra əmək kitabçanı sənə  qaytaracağıq. Verməsən, nə əmək kitabçanı nə də  əmək haqını sənə  verməyəcəyik. Hətta səni başqa şirkətə keçməyə  də  qoymayacağıq. Açıq-aşkar hədə-qorxu gəldilər”.

Şəbəkənin Badamdar filialının müdiri Turqay İskəndərov da iddia edir ki, mağazanın təhvil-təslim prosesi zamanı ondan müxtəlif yollarla 7800 manat tələb olunur: “Təhvil-təslim prosesində mən əmin idim ki, artığım var. Yekun etibarı ilə mənə dedilər ki, guya 7800 manat, 78 qəpik əskiyim var. Bu süni şəkildə  rəqəmlərin şişirdilməsindən yaranan prosesdir. Mənim burada heç bir payım yoxdur. Sentyabrın 23-də bizdən işdən çıxmaq üçün ərizə aldılar. Ərizədən sonra məni ofisə  çağırdılar ki, gəl 7800 manat 78 qəpiyi bizə ver. Verməyəcəyin təqdirdə  biz sənin əmək kitabçanı vermirik. Məni Fərid Ələkbərov ailəmlə də  hədələdi. Adam deyir ki, hara istəyirsən şikayət et, burada ağa da mənəm, xan da”.

Şirkətin digər əməkdaşı Orxan Hüseynov isə iddia edir ki, ondan tələb edilən məbləği məcburi şəkildə ödəyərək sənədlərini alıb, bundan sonra başqa işlə təmin edilib: “Məndən 600 manat pul tələb etdilər, dedilər guya şirkətin əskiyi var mən də verdim. Daha sonra dedilər get maaş kartına pul oturub onu çıxar gətir sənin əmək kitabçanı qaytaraq. Mən elə  də etdim və  aldım”.

Məsələ ilə bağlı münasibətlərini öyrənmək üçün “Bizim Market” MMC-nin baş ofisinə yollandıq. Mühafizə xidməti direktorun yerində olmadığını bildirdi. 

Elə ərazidəcə Fərid Ələkbərovla əlaqə saxladıq. Hazırda təhvil-təslim prosesi olduğu üçün sahədə olduğunu bildirdi. İddialarla bağlı suallarımızdan isə yayındı. 

Bir az sonra özünü şirkətin hüquqşünası kimi təqdim edən Eldəniz Alxasov adlı şəxs bizimlə əlaqə saxladı: “Mənə xəbər gəldi ki, sizinlə danışım. Heç kimin əmək kitabçası əlindən alınmayıb. Onlar bizə işdən çıxma ərizəsi də  təqdim etməyiblər. Yoxlamamız nəticəsində  3000-5000 çıxa bilər. Ola bilər ki, orada 5-10 manat əskik və  ya artıq olsun. İş prokurorluqda olanda audit təşkil edib araşdırırlar. Bu son nəticədə  bəlli olacaq”.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi  Aynur Osmanqızı APA TV-yə bildirdi ki, hazırda məsələ araşdırılır: “Həmin şəxslər tərəfindən oktyabr ayında Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciətlər daxil olub. Müraciətlər hazırda araşdırma mərhələsindədir. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qarşı tərəfə sorğular göndərilib. Araşdırmanın nəticələrinə dair qanunauyğun tədbirlər görüləcək”. 

Şikayətçilər onu da bildirdilər ki, “Bizim Market” MMC-nin tərkibində yerləşən “Bizim Market” və “Novas Home” mağazalar şəbəkəsinin işlədilməsinin başqa şirkətə həvalə edilməsinə əsas səbəb yoxlamalar nəticəsində üzə çıxan külli miqdarda vergi yayınmalarıdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...