Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72212
az

Prezidentin 4 medal veriyi qaziyə niyə əlillik verilmir?- ŞİKAYƏT

21:5721 İyul, 2022
2633
ŞİKAYƏTLƏR
  • A

Rüstəmov Əyyub Teyyub oğlu Vətən Müharibəsinin iştirakçısıdır. Atası Teyyub Rüstəmov Birinci Qarabağ Müharibəsi şəhididir. Əyyub hərbçidir, Vətən Müharibəsinə də ağır artilleriya mütəxəssisi kimi qatılıb. 

Müharibənin qızğın günlərindən birində diviziyanın mərmisi bitir, Əyyub 52 yeşik mərminin ardınca başqa istiqamətə göndərilir: “Hava qaralmışdı, mən qayıdanda. Tək idim, Cəbrayıl istiqamətindən keçəndə avtomobilim minomyot zərbələrinə tuş gəldi. İki mərmidən maşını sağa-sola çəkə-çəkə yan keçə bildim. 3-cü mərmidən yayına bilmədim, 52 yeşik  mərmi də dağıldı, maşın da aşdı. Tələsirdim ki, uşaqlar mərmisiz qalmasın. Uzun müddət huşsuz vəziyyətdə qalmışam, təsadüfən təcili yardım o istiqamətdən keçərkən görüb ki, “MAZ” aşıb və içində bir nəfər də yaralı var. Bundan sonra təhlükəsiz əraziyə gətirilmişəm və Beyləqan xəstəxanasına yerləşdirilmişəm”.

Əyyub bu hadisədən sonra düz bir həftə hərbi hospitalda müalicə alır və həkimlər onun vəziyyətinin kafi olduğunu bildirirlər: “Dizim əzilmişdi, alnımı qəlpə sıyırmışdı. Maşının alın şüşəsi gicgahıma girmişdi, sağ əlim sınmışdı. Dizimdə ət sümükdən ayrılmışdı. Qolum boynumdan asılı idi. Hərbi hospitalda bildirdilər ki, kim yenidən qayıtmaq istəyir, komandirlər bizə dəyməyə gəlmişdi. Mən yenidən qayıtmaq istədiyimi dedim, amma həkim yenidən qayıtmağıma icazə vermədi. Nə sürücü, nə də döyüşçü kimi”. 

Müharibədən sonra o, Hərbi Hospitala gələrək komissiyadan keçir. Belə qənaətə gəlinir ki, aldığı kəllə-beyin travması ilə bağlı Maştağa Ruhi Əsəb Dispanserində müalicə almalıdır. Əyyub stasionar formada 3 həftəlik müalicə kursu alır. 

Bundan sonra o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edir, sənədlərini təqdim edib əllik təyinatı ilə bağlı cavab gözləyir. Bundan başqa, Zərifə Əliyeva adına göz xəstəlikləri İnstitutunda da həkim komissiyasından keçir. 

Bir müddətdən sonra əlillik təyinatı ilə bağlı ona cavab gəlir. Tibbi-sosial ekspertiza komissiyasının Əyyub Rüstəmova rədd cavab verdiyi məlum olur. 

APA TV-yə şikayətindən sonra Qarabağ qazisinə niyə rədd cavabı verildiyini daha dəqiq öyrənib, ona kömək etmək məqsədilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik.

Cavab olaraq bildirildi ki, Vətən Müharibəsi iştirakçısı, Rüstəmov Əyyub Teyyub oğlu əlilliyinin qiymətləndirilməsi məqsədilə 14.06.2022-ci il tarixində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunub. 

Əyyub Rüstəmovun sağlamlıq vəziyyətinin müayinəsi zamanı travmasının ağırlaşmasının dəqiqləşdirilməsinə ehtiyac yarandığından, stasionar şəraitdə əlavə müayinə və müalicənin aparılması üçün müvafiq prosedurların həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib və bu barədə vətəndaşa məlumat verilib.
 
Vətəndaşa əlilliyin təyin olunub, olunmaması növbəti reabilitasiya prosesindən sonra məlum olacaq.   

Əyyub Rüstəmov “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “ Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Qazi Əyyub Rüstəmov Bakıda kirayə yaşayır. Kirayə pulunu ödəyə bilmədiyi üçün hazırda oradan çıxarılıb. Ailəlidir, 3 yaşında bir övladı var. O, yalnız Vətən Müharibəsi veteranı üçün nəzərdə tutula 80 manat təqaüdlə dolanır. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis vətəndaşın şikayətinə niyə reaksiya vermir?  —  Kameraya düşmüş oğurluq 
Bakıya dayə kimi gətirilən afrikalı qadının başına iş gəldi - Foto

1500 il yaşı olan  üzük tapıldı

18+

Qəza anı kameraya düşdü - ƏSƏBİ ZƏİF OLANLAR İZLƏMƏSİN!
Dəhşətli qəzanın VİDEOSU YAYILDI
Polis vətəndaşın şikayətinə niyə reaksiya vermir?  —  Kameraya düşmüş oğurluq 
Qırmızı soğan bizi hansı xəstəliklərdən qoruyur?
Hərbçi kazarmada öldürüldü