Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62484
az

Fərda Xudaverdiyev Qarabağ qazisinin 20 minini alıb?

09:2211 Dekabr, 2021
3428
ŞİKAYƏTLƏR
  • A
Birinci Qarabağ Müharibəsinin qazisi, ehtiyatda olan baş leytenant Nuriyev Əli Şaban oğlu ev təmir edən şirkət tərəfindən dələduzluğa məruz qaldığını iddia edir. Qarabağ qazisi Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi 1-də yerləşən mənzilini təmir elətdirmək məqsədi ilə bu ilin iyun ayının 11-də özünü “AZ İNTEKST” MMC-nin direktoru kimi təqdim edən Cabbarov Ruhəddin Rasim oğlu ilə müqavilə bağlayıb. Ancaq nə biləydi ki, onu qarşıda boşalan cib, təmirsiz mənzil, əsəbi günlər gözləyir: “Həmin müqvilədə onun peçatı oldu. Müqaviləyə əsasən 2 ay müddətində ev təmir olunmalı, mən 32 min manat pul ödəməli idim. Qısa müddət ərzində mən mənzilimin təmiri üçün pul ödədim. Ödənilmiş məbləğ bağladığımız müqavilənin arxa səhifəsində onun öz imzası ilə təsdiq olundu”. 2 ay bitir, amma Əli Nuriyevin mənzilinin təmiri bitmək bilmir. Evdə çalışan fəhlələr isə bildirirlər ki, onlara zəhmət haqqı ödənilməyib: “Fəhlələrin etirazından sonra Ruhəddinlə əlaqə saxladıq. Dedi ki, mənim maliyyə problemim olduğundan təmir ləngiyib, fəhlələrə də pul ödəyə bilməmişəm. Bundan sonra hər şey yaxşı olacaq. Avqustun 8-nə təhvil verəcəyini dedi, ayın 26 oldu, yenə mənzil təmirsiz qaldı”. Bundan sonra Ruhaddən Cabarrovun qohumu Telman Fətəliyev adlı şəxs ona zəng edir və deyir ki, təmirin oktyabrın 1-nə qədər başa çadırlmasında yardımçı olacaq. Bunun üçün Telman Fətəliyev Əli Nuriyevdən əlavə olaraq 2600 manat pul istəyir. Pul ödənir, əlavə müştərək müqavilə bağlanır. Telman Fətəliyev də aldığı pulu müqavilədə qeyd edir. Ancaq bundan sonra nə Telman Fətəliyevə, nə də Ruhəddin Cabbarova zəng çatır. Əli Nuriyevin sözlərinə görə, Ruhəddin Cabbarov özünə məxsus olmayan şirkətin möhüründən istifadə edərək dələduzluq edir: “Sonradan bizə məlum oldu ki, “Az İntekst” MMC əslində başqa şəxsin adına qeydiyyatdadır, amma möhürü Ruhəddindədir. Şirkətin rəhbəri vaxtilə Ruhəddinlə iş görüb. Amma sonra şirkət bağlanıb. Hətta möhürün itməsi barədə polisə məlumat verib etibarsız hesab olunması ilə bağlı qəzetdə elan dərc elətdirib. Lakin Ruhəddin möhürü özündə saxlayıb müqavilələr bağlayır. Vətəndaşlar da möhürlü olduğu üçün inanıb müqavilə bağlayırlar. Ruhəddin bu yolla onların inamını qazanır. 20 nəfər hazırda zərəçəkmiş var mənim kimi. Onlardan elə ailə var ki, 20, 30 həttda 40 min manat ödəyən şəxslər də var. Bizim inanmağımızın əsas səbəbi isə “Az İntekst” MMC şəriklərindən birinin aktyor Fərda Xudaverdiyev olmasıdir”. Zərəçəkmiş vətəndaşlardan biri də Tural Xəlilzadədir. Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayında eyni adlı şirkətə mənzil təmiri üçün ödəniş edib: “Bizim mənzil Xətai rayon , Nargilə dairəsində yerləşir. Qardaşımındır. 3 otaqlı mənzildir . Müqaviləyə əsasən 44.100 manat məbləğində “Az İntekst” MMC pul ödəməli idik, ilk olaraq məbləğin 50 faizini nəğd ödəmişik. Təxminən iki ay müddətində güya təmir edirlərmiş kimi bir az əl gəzdirilib. İndi dayandığımız mənzildən belə betər vəziyyətə salıblar. Bu müddət ərzində bizi ofisə dəvət etdilər, dedilər ki 10 min manat da əlavə ödəniş edin. Ödənişin bütün qəbzləri qalır. Ümumilikdə 32 min manat pul ödənilib. Bizimlə müqaviləni isə “FƏRDA” Dizayn MMC ilə bağlayıb. 32 min manatı da məhz həmin şirkətə ödəmişik”. 20 zərəçəkmiş vətəndaşdan biri də Eldar İbayevdir: “Bacım qızı yeni mənzil almışdı. Mənə müraciət elədi ki təmirində kömək edim. Bizdə İnstagram sosial şəbəkəsində bu şirkətin olduğunu görüb müraciət etdik. İçəri şəhərdə Qolgüləş Federasiyasının ofisində görüşdük, dedilər buranı kirayəyə götürmüşük. 27 min manat ödədik və cəmi 3 ay müddətinə mənzilimizn təmir olunub bizə təhvil veriləcəyini dedilər. Şikayətlə bağlı Ruhəddin Cabbarovla əlaqə saxlamağa çalışsaq da, nömrələrinə zəng çatmadı. Daha sonra adı dələduzluqda hallanan hər iki şəxsin vəkilləri ilə əlaqə saxladıq. Ancaq onlar da hazırda həmin şəxslərə hüquqi xidmət göstərmədiklərini dedilər... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
"Kontakt Home" müştərilərini aldadır?

6,2 milyon dollara satılan bananın sirri nədir? — FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Həmin cinayətin istintaqı ilə bağlı  yekun   qərar