Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39058
az

Şuşalı qızdan Rövşən Rzayevə ürəkdağlayan məktub: " İki ağır xəstə uşaqla..."

19:0618 Sentyabr, 2020
3648
ŞİKAYƏTLƏR
  • A

Şuşa şəhərindən məcburi köşkün olan və hazırda Sumqayıt şəhərində kirayədə məskunlaşan Ələsgərovlar ailəsi mətbuat vasitəsi ilə  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevə mürciət edib.

Oxu24.com xəbər  verir  ki, ailənin hər iki övladı  ağır  və sağalmaz  xəstəlikdən  əziyyət çəkir. Bununla belə məcburi köçkün  ailəsi bu zamana qədər mənzillə təmin olunmayıb.

Sözügedən müraciəti təqdim edirik;

Cənab Sədr. Biz Ələsgərovlar ailəsi erməni işğalı nəticəsində öz doğma yurdumuz olan Şuşadan ayrı düşmüşük. İşğaldan sonra  bir çox Şuşalılar  kimi  biz  də  ölkənin  müxtəlif  yerlərinə dağıldıq.
Hazırda Sumqayıt şəhəri,Betonzavod ərazisində yerləşən İnşaatçılar qəsəbəsi ev 175-də məskunlaşmışıq. İki övladımız ağır və sağalmaz xəstəlikdən əziyyət çəkir. Böyük qızımız Ələsgərli Zəhra uşaq autizmi sindromundan əziyyət çəkir. Ona xüsusi  qayğı və maddiyyat tələb olunur. Kiçik qızımız  Zeynəb də ağır xəstəlikdən əziyyət çəkir.
Cənab Sədr, Sizə müraciət  etməyimizdə məqsəd  mənzil şəraitimizin yaxşılaşdıırlmasında  bizə köməklik  göstərməyinizi xahiş  etməkdir. Biz Şuşa şəhərindən məburi  köçkün  kimi  evlə təmin olunmamışıq. Kirayələrdə,iki xəstə  uşaqlarla  yaşamaq  əzabdır.
Çox xahiş edirik  ki, mənzil  şəraitimizin yaxşılaşdırılmasına  yardım  edəsiniz.
Öncədən Sizə təşəkkür edirik.

Ümid edirik  ki, çarəsiz vətəndaşın müraciətinə tezliklə cavab veriləcək.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub