Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35053
az

TƏBİB-lə bağlı ŞOK AÇIQLAMA: Vətəndaşın dərisini soyur, ləğv olunmalıdır və Baş Prokurorluq...

12:1310 İyul, 2020
2434
ŞİKAYƏTLƏR
  • A

“Dövlətin keçirdiyi koronavirus testləri ödənişsizdir. Buna görə vətəndaşdan kimsə pul ala bilməz”.

Oxu24.com-un xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu TƏBİB-lə bağlı məsələyə də münasibət bildirib:

“İkili idarəetmə yolverilməzdir. TƏBİB-in yaradılmasına ehtiyac yox idi. Bunu kim və niyə yaratdı, deyə bilmərəm...O qurum ləğv edilməlidir. Məlum olur ki, koronavirus testləri TƏBİB-in rəhbəri Ramin Bayramlının xəstəxanasında verilir.

Guya pandemiya ilə mübarizə aparır, iki gündən bir çıxır yastı-yastı deyir ki, belə edin, elə edin... Özü də vətəndaşın dərisini soyur, xeyir ola? Sən doğrudan da koronavirusa qarşı mübarizə aparırsansa, testləri niyə pulsuz etmirsən? Deyirlər ki, TƏBİB yarandıqdan sonra səhiyyə sistemində böyük dəyişiklik olub.

Nə dəyişiklik olub? Əlavə alver yeri əmələ gəlib... Lap deyək ki, könüllü testdən keçmək istəyirəm, niyə ödəniş etməliyəm. Mən özümü ona görə yoxladıram ki, əgər yoluxmuşamsa, yayılmasın, vaxtında qarşısı alınsın.

Kimə lazımdır belə institut? Koronavirus testi 6-7 dollardır, lap deyək ki, Azərbaycana gəldikdə 10 dollar olur. Siz bunu necə 100 manat edə bilərsiniz?

Bu, möhtəkirlikdir, Baş Prokurorluq araşdırma aparmalıdır, cinayət işi qaldırılmalıdır. Yaranmış vəziyyətdən sui-istifadə etmək olmaz. Səhiyyə Nazirliyinin işi gücləndirilməlidir, rəhbərliyə xalqa, millətə bağlı olan, sərxoş olmayan insanlar gətirilməlidir...”(Pravda.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub