13 il Daxili İşlər Orqanlarında qüsursuz xidmət edən İsmayıllı rayon sakini Bağıyev Ramal Zinhar oğlu redaksiyamıza video müraciət göndərərək, Daxili İşlər naziri Vilayət Eyvazovdan kömək istəyib.
Ramal Bağıyevin “Yenisabah”a verdiyi məlumata görə, ötən ilin sonuna kimi DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunda xidmət edib. Azsaylı hapıt xalqının nümayəndəsi olan Bağıyev iddia edir ki, yuxarı rəhbərlikdən kirayə pulu istədiyi üçün daxili işlər orqanlarından xaric edilib.
Qeyd edək ki, R.Bağıyevin istəyi Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun qəbuluna düşməkdir.
Ətraflı aşağıdakı video müraciətdə:
Oxu24.com
ŞƏRHLƏR