33 saylı Xətai birinci seçki dairəsindən qeydə alınmış namizəd Fuad Abbasov Mərkəzi Seçki Komissiyasına müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, o müraciətində həmin dairədə seçkilərin nəticələrinin etibarsız hesab edilməsini istəyib. Müraciət barədə MSK üzvü İlkin Şahbazov məlumat verib. O bildirib ki, 3 istiqamət üzrə araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, mübahisələrindirən 21 məntəqə üzrə pozuntular aşkar olunub.
Beləliklə, MSK həmin dairədə də seçkilərin nəticəsini etibarsız hesab edib.
Oxu24.com
ŞƏRHLƏR