Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
871
11.12.2023, 23:10
Döş qəfəsinin arxasında ağrı təhlükəli simptomlardan biridir.
“Medicina” xəbər verir ki, kardioloq Anna Çuqunnikova sinədə və döş qəfəsi arxasındakı ağrının fərqini izah edib.
Daxili orqanla bağlı olmayan və az təhlükəli səbəb isə nevralgiyadır – onurğa, ostexondroz, əzələ iltihabı və s.
Eləcə də panik atak və sinir xəstəliklərində döş qəfəsindən kəskin ağrı tuta bilər.
Qabırğalararası nevralgiya – onurğanın döş qəfəsi bölgəsinin degenerativ dəyişikliyidir.
Bu zaman sinirlər qabırğalar arasında sıxılır.
Belə ağrı döş qəfəsinin önünə yayılıb, ürək ağrısını, tutmasını xatırlada bilir.
Nevralgiyanın səbəbi – fiziki yüklənmə, narahat döşək, oturaq iş, soyuq, infeksiya, sinir sıxılması ola bilər.
Ürəklə bağlı ağrı isə işemik xəstəlik zamanı olur, bu zaman ürək əzələsi zədələnir, ürəyin qan axını zəifləyir.
Nevralgiya ilə ürək ağrısı çox oxşardır.
Döş qəfəsində diskomfort zamanı ağrının konkret yeri, müddəti və xarakterinə fikir vermək lazımdır.
Əgər ağrı qısa müddət çəkir, hərəkət zamanı artır, kəsicidirsə və sakit halda səngiyirsə, bu, nevralgiya ola bilər. Yanaşı olaraq, təngnəfəslik, baş ağrısı, tərləmə varsa, ürəkdir.
Stenokardiya zamanı sanki döş qəfəsində ağırlıq, təzyiq, sıxılma olur. Ağrı sol qola, boyuna, çənəyə yayılır.
Stenokardiya tutması dərman qəbulundan sonra dərhal kəsir.
İnfakrkt zamanı ağrı çox güclü olur, 20 dəqiqə çəkir, xəstədə ölüm qorxusu, tərləmə, təngnəfəsılik, ürəkbulanma, qarında ağrı və s. olur”.
13:56 / 26 Sentyabr 2026
4
13:43 / 26 Sentyabr 2026
38
13:40 / 26 Sentyabr 2026
36
13:34 / 26 Sentyabr 2026
110
13:25 / 26 Sentyabr 2026
43
13:20 / 26 Sentyabr 2026
39
13:15 / 26 Sentyabr 2026
38
12:54 / 26 Sentyabr 2026
47
12:51 / 26 Sentyabr 2026
50
12:50 / 26 Sentyabr 2026
49
12:44 / 26 Sentyabr 2026
109
12:40 / 26 Sentyabr 2026
45
12:31 / 26 Sentyabr 2026
238
12:30 / 26 Sentyabr 2026
56
12:27 / 26 Sentyabr 2026
66
12:17 / 26 Sentyabr 2026
52
12:17 / 26 Sentyabr 2026
55
12:11 / 26 Sentyabr 2026
46
12:05 / 26 Sentyabr 2026
49
11:57 / 26 Sentyabr 2026
57
11:51 / 26 Sentyabr 2026
67
11:50 / 26 Sentyabr 2026
50
11:22 / 26 Sentyabr 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.