Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99219
az

Sumqayıtdan dəhşətli xəbər gəldi: Ölənlər var

14:0710 Dekabr, 2023
319
  • A
Bakı-Sumqayıt avtomagistralında baş verən qəza ilə bağlı 10.12.2023-cü il tarixində saat 06:35 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 6 nəfər gətirilib (4-ü qadın cinsi, 2-si kişi cinsi olmaqla). Bu barədə Oxu24.com-un Sumqayıt Tibb Mərkəzindən bildirilib. Qapalı kəllə-beyin travması alan 1963-cü il təvəllüdlü Allahverdiyeva Ayna Təru qızı həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Digər xəsarət alanlar - 1961-ci il təvəllüdlü qadın qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı, şəxsiyyəti məlum olmayan qadın qapalı kəllə-beyin travması, sol baldırın sınığı, 1992-ci il təvəllüdlü kişi üzün yumşaq toxumasının əziyi, aşağı ətrafın travması diaqnozları ilə Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri ağırdır. 1987-ci il təvəllüdlü kişinin qapalı kəllə-beyin travması, sağ dirsək sümüyün sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir. 1975-ci il təvəllüdlü qadına isə təpə nahiyəsinin sıyrıntısı, dirsəyin və ayağın əziyi diaqnozu qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə nəticəsində iki nəfər ölüb. Digər ölən şəxsin isə kimliyi bəlli deyil. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Xəzərdən cansız meyiti tapılan şəxs kimdir?
Bu küçələr bağlanır
Hava ilə bağlı AÇIQLAMA

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi