Əmr imzalandı:Dərslər məsafədən olacaq
22 Sentyabr 2026, 19:46
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
504
08.12.2023, 14:01
Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar alacaq.
Oxu24.com xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. Hazırda qüvvədə olan qanuna əsasən, himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) və əmək münasibətlərinə dövlət orqanı və ya hüquqi şəxs ləğv edilməsi (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən) və işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlarının ixtisar edilməsi (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən) ilə əlaqədar əsaslarla xitam verilmiş şəxslərin əsas sığorta ödənişinə bu Qanunla müəyyən olunmuş əlavə almaq hüququ var. Bu şəxslərin sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır. Beləliklə, artıq bu, məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlara şamil ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
19:26 / 26 Sentyabr 2026
13
19:11 / 26 Sentyabr 2026
45
18:58 / 26 Sentyabr 2026
38
18:38 / 26 Sentyabr 2026
44
18:19 / 26 Sentyabr 2026
50
17:57 / 26 Sentyabr 2026
48
17:18 / 26 Sentyabr 2026
235
17:16 / 26 Sentyabr 2026
58
17:15 / 26 Sentyabr 2026
57
17:11 / 26 Sentyabr 2026
64
16:44 / 26 Sentyabr 2026
61
16:42 / 26 Sentyabr 2026
61
16:04 / 26 Sentyabr 2026
69
15:55 / 26 Sentyabr 2026
63
15:13 / 26 Sentyabr 2026
72
15:02 / 26 Sentyabr 2026
296
15:00 / 26 Sentyabr 2026
257
14:55 / 26 Sentyabr 2026
65
14:52 / 26 Sentyabr 2026
71
14:25 / 26 Sentyabr 2026
71
14:15 / 26 Sentyabr 2026
63
14:11 / 26 Sentyabr 2026
95
14:00 / 26 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.