Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99054
az

MEDİA: "Məişət zorakılığı ilə bağlı mətbuatda eyni səhvlər təkrarlanır"

15:5107 Dekabr, 2023
163
REDAKTORUN SEÇİMİ
  • A
Medianın İnkişafı Agentliyi (MEDİA) məişət zorakılığı ilə bağlı mətbuatda eyni səhvlərin təkrarlandığını bəyan edib. Oxu24.com xəbər verir ki, bu bardə Agentliyin şöbə müdiri Natiq Məmmədli Bakıda “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsindəki paneldə deyib. Şöbə müdiri bildirib ki, bu gün mediada məişət zorakılığı ilə bağlı eyni səhvlər təkrarlanır: "Ona görə də məsələyə yalnız medianın peşəkarlığı kontekstindən yanaşmaq doğru deyil. Maarifçilik Azərbaycan jurnalistinin əsas missiyası və alın yazısıdır. Etik prinsiplərin təbliği davam etməli, bu işlərdən yorulmamalıyıq. Media ictimai əhəmiyyətli məişət zorakılığını işıqlandırarkən etik normaları qorumalıdır. Jurnalistin peşəkarlığı özünü sosial şəbəkələrdə və ya digər platformalarda gördüyü açıq informasiyaları necə işıqlandırmaqda göstərir". N.Məmmədli vurğulayıb ki, jurnalistlərin fəaliyyətini tənzimləyən qanunlar peşə etikasının tələbləri ilə üst-üstə düşür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş nazir yeni qərar imzaladı
Əhaliyə xəbərdarlıq edildi - SEL GÖZLƏNİLİR
Günel Cavadxanın ölüm səbəbi bəlli oldu

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ