Qaynar xətt:

(+99450) 247 90 86

Polis yaşlı kişini görün nə üçün tutdu

Polis yaşlı kişini görün nə üçün tutdu

REDAKTORUN SEÇİMİ

559

04.12.2023, 10:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki köşklərə qeyri-qanuni yolla daxil olaraq oradan nağd pul, tütün, energetik içki digər satış mallarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu24.com-a verilən məlumata görə, araşdrımalar zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş Xalıq Məmmədov cari ilin noyabr ayında şəhər ərazisində fəaliyyət göstərən 2 köşkə qeyri-qanuni yolla daxil olaraq ümumi dəyəri 5 min manata yaxın müxtəlif əmtəə mallarını və nağd pul vəsaitlərini oğurlayıb. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.