Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98780
az

SON DƏQİQƏ! TƏBİB yoluxma ilə bağlı açıqlama yaydı

19:3330 Noyabr, 2023
396
REDAKTORUN SEÇİMİ
  • A
Azərbaycanda qızılcaya yoluxma ilə bağlı son durum açıqlanıb. Bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bir xəstəliyin yayılması zamanı onun pandemiya və ya epidemiya halına çevrilməsini epidimoloqlar müəyyən edirlər: "Qızılcanın peyvəndlə qarşısı alına bilinən bir xəstəlik olduğunu, 20-ci əsrin 60-cı illərindən başlayaraq sözügedən xəstəliyə qarşı bütün yenidoğulmuşlara peyvənd vurulduğunu, hazırda peyvənd vurulmuş çoxsaylı insan olduğunu və xəstəliyin əsasən ölkə ərazisində yayıldığını nəzərə aldığımız təqdirdə hər hansı bir pandemiyaya çevrilmə halından bəhs edilə bilməz". Məlumata görə, ölkə ərazisində tək-tək qızılcaya yoluxma halları qeydə alınır: "Qızılca xəstəliyi əsasən peyvəndlənməmiş insanlarda ağırlaşmalarla müşahidə oluna bilər. Bununla yanaşı, hər hansı bir səbəbdən immun çatışmazlığı olan uşaqlarda (xüsusən, 5 yaşa qədər) xəstəliyin ağırlaşmaları qeyd olunur". TƏBİB-in məlumatına görə, hazırda bütün səhiyyə qurumları xəstəliyin yayılmasının profilaktikası, erkən aşkarlanması, xəstələrin müşahidəsi, zəruri hallarda stasionar müalicə ilə təmin olunması istiqamətində sıx əməkdaşlıq edirlər. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Hidrometeorologiya Xidməti küləklə bağlı xəbərdarlıq etdi
Zəhra Qasımova vəfat edib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...