Qaynar xətt:

(+99450) 247 90 86

Qaz olmayacaq  -  XƏBƏRDARLIQ

Qaz olmayacaq  -  XƏBƏRDARLIQ

REDAKTORUN SEÇİMİ

414

23.11.2023, 09:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Xətai rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Oxu24.com-a Azəriqaz İstehsalat Birliyindən bildirilib.


Məlumata görə, Xətai rayonunun N.Rəfiyev küçəsində abadlıq işləri ilə əlaqədar qaz tənzimləyicinin və qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 23.11.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Şüşə” orta təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Təmir işləri aparılan müddətdə Xətai rayonunun Ağ şəhər, M.Mehdizadə, S.Orucov, F.Bayramov, Natiq Əliyev, Afiyəddin Cəlilov, N.Rəfiyev küçələrinin, eləcə də Xocalı və Babək prospektlərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.