Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96063
az

5 rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

10:2106 Oktyabr, 2023
475
REDAKTORUN SEÇİMİ
  • A

Bu gün Azərbaycanda 5 rayonun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə  Oxu24.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 08:00-dan “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Xırdalan” magistral qaz kəmərinin 25,6-cı və 27,3-cü km-lər arası hissəsində yeni çəkilmiş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi, saat 09:00-dan yeni çəkilmiş “Böyük Bəhmənli-Şuşa” yeraltı magistral qaz kəmərinin “Beyləqan-Horadiz” magistral qaz kəmərinə birləşdirilməsi, həmçinin “İvanovka” Qaz Paylayıcı Stansiyasında qızdırıcı sobanın giriş və çıxış xətləri üzərində quraşdırılmış istismara yararsız və tənzimləyici qovşağın girişində kranların dəyişdirilməsi ilə əlaqədar “Xocasən”, “Alatava”, “Sulu-Təpə”, “Horadiz” və “İvanovka” QPS-lərdən, “Fərəh MMC” və “Füzuli Diaqnostika” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Füzuli (şəhəri daxil olmaqla), İsmayıllı eləcə də paytaxtın Yasamal, Nəsimi, Binəqədi rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Vacib xəbər! Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzada ölən şəxs görün kim imiş
Azərbaycanda güclü partlayış: Ölən var
Ramiz Abışov vəfat edib