Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85983
az

Bakıda həbsxanada şok hadisə:Şalvardan görün nə çıxdı

13:2331 Mart, 2023
1036
REDAKTORUN SEÇİMİ
  • A

Bakıda cəzaçəkmə müəssisəsinə narkotiki şalvara hopdurulmuş üsulla keçirmək istəyiblər.

Bu barədə Oxu24.com-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Oğurluq və soyğunçuluq ilə əlaqədar azadlıqdan məhrum edilmiş şəxsin yanına qısamüddətli görüşə gələn qohumunun gətirdiyi sovqata baxış keçirilən zamanı orada olan şalvarın balağının tikiş hissəsinə hopdurulmuş ümumi çəkisi 0,01 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzada ölən şəxs görün kim imiş
Azərbaycanda güclü partlayış: Ölən var
Ramiz Abışov vəfat edib