Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85490
az

Müğənni ilə müştərilər arasında dava düşdü: Həbs edilənlər var

08:3025 Mart, 2023
849
REDAKTORUN SEÇİMİ
  • A
Naxçıvanda yerləşən kafelərdən birində mahnı sifarişi ilə bağlı müğənni və müştəri arasında mübahisə yaşanıb. Oxu24.com xəbər verir ki,“Qafqazinfo”nun məlumatına görə, Fuad Qocayev (şərti) əmisi oğlu Fərhad Qocayevlə (şərti) kafedə yeyib-içdikdən sonra orada müğənni kimi çalışan xanıma mahnı sifariş ediblər. Lakin xanım mahnını oxuya bilməyəcəyini deyib. Bundan sonra əmioğlular təkid edib və “pulla oxumursan?”, “oxumasan, bokal gələcək” deyərək müğənniyə tərəf 100 manat pul atıblar. Bundan sonra xanım musiqi cihazını söndürüb, oxumayacağını deyib. Tərəflər arasında mübahisə yaşanıb və onlar bir-birlərini təhqir ediblər. Kafenin sahibi əraziyə polis çağırıb. Fuad və Fərhad Naxçıvan Şəhər 1 nömrəli Polis Bölməsinə aparılıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535 (polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib olunub. Protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Qocayevlər 17 gün müddətinə inzibati qaydada həbs edilib. Amin Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Axtarışda olan İlhamə saxlanıldı - RƏSMİ
Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ
Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi