Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73865
az

Bakıda dövlət müəssisələrində iş qrafiki dəyişdirilir?

00:3516 Sentyabr, 2022
272
REDAKTORUN SEÇİMİ
  • A

“Ölkədə ictimai nəqliyyat daha sərfəli olmalıdır ki, insanlar öz maşınlarından az istifadə eləsinlər”.

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, paytaxt yollarında tıxacların qarşısının alınması üçün iş vaxtlarının dəyişdirilməsi hər zaman müzakirə olunan əsas mövzulardan olsa da real nəticələr əldə edilə bilmir:

“Məktəblərin açılmasını, payıq-qış mövsümündəki yağışlı-qarlı havaları nəzərə alsaq sıxlığın daha da artacağını deyə bilərik. Bakıda demək olar bütün iş yerlərində fəaliyyət saat 8-9  arasında başlayır, 5-6 da isə bitir. Bunu bir az geri və irəli çəkmək olar. Bir neçə qurumlarda isə, istirahət günlərini şənbə-bazar yerinə, həftənin digər günləri ilə əvəz etmək olar. Çində və başqa ölkələrdə şəxsi avtomobillərinin şəhərə buraxılması qaydası xüsusi sistemlə tənzimlənir”.

Deputatın fikrincə sıxlığı azaltmaq üçün həm də Bakı Nəqliyyat Agentliyi öz qrafikini dəyişməlidir:

“Ölkədə ictimai nəqliyyat daha sərfəli olmalıdır ki, insanlar öz maşınlarından az istifadə eləsinlər. Beləcə ictimai nəqliyyat populyarlaşar və sıxlıq nisbətən azalar”.

 
Sədr bildirir ki, hər şeyi dövlətdən gözləmək problemin həllinə çarə deyil. Gərək özəl şirkətlər bu işdə özləri maraqlı ola:

“Yeni qaydaların tətbiqinə mane olan heç nə görmürəm. Sadəcə ola bilsin ki, bu məsələyə hökümətin diqqəti yoxdur. Nazirlər Kabineti bununla bağlı qərar qəbul edə bilər. Özəl müəsisələr isə özləri bu işdə maraqlı olmalıdırlar. Çünki heç kəs sahibkara deyə bilməz ki, “sən işini bu saatda aç, bu saatda da bağla”. Hökumət qərarı ancaq dövlət qurumlarına şamil olunacaq. Bu da problemi tam həll etmir. Qeyri hökumət təşkilatları, həmkarlar konfedrasiyası və işəgötürənlər birliyinin görəcəyi işlər də burada öz töhfəsini verə bilər”.

Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə deyir ki, yollarda sıxlıq yaranması normaldır. Ancaq çalışmaq lazımdır ki, bu sıxlıq tıxaca çevrilməsin:

“Uzun illərdir iş vaxtlarının dəyişdirilməsi müzakirə edilir. Təklif olunur ki, müxtəlif idarə və təşkikatlar, özəl müəsisələr iş saatlarını dəyişsinlər. Bu sayədə də yollarda sıxlıq bir qədər azalsın. Hazırda bəzi qurumlar bu təklifi dəyərləndiriblər. Bakı şəhərində əhali sayı get-gedə artır. Bu da nəqliyyat vasitələrinə tələbi və şəxsi avtomobilləri artırır. Çalışıb bu sıxlığı tıxaca çevirməmək lazımdır. Tək Bakı şəhərində iş saatlarını ayrı etsək həmin müəssisələrin bölgələrdəki nümayəndəlikləri ilə aralarında anlaşılmazlıq yaranar. Ona görə də, bütün bunları nəzərə almaq lazımdır”.

Qeyd edək ki, əksər Avropa ölkələri həftəlik iş saatlarınının müddətini qısaldaraq həm əhalinin rifahını yüksəltmək, həm də bu yolla nəqliyyatda sıxlığı tənzimləmək kimi mühüm addımlar atıblar. Ölkəmizdə isə dəfələrlə belə mövzular gündəmə gətirilib, buna baxmayaraq hələ də heç bir addım atılmayıb. 

Son olaraq 2020-ci ildə səhər və axşam saatlarında işə gəlib-gedənlərin sayının nizamlanması, nəqliyyatda sıxlığın yaranmaması üçün təkliflər hazırlanaraq Operativ Qərargaha təqdim edilmişdi. Əsas məqsəd bundan ibarət idi ki, bütün qurumların işçiləri 3 qrupa bölünsünlər və ayrı-ayrı saatlarda işə gəlsinlər. Lakin bu illər ərzində mövcud problem istiqamətində real işlər təəssüf ki görülməyib./baku.ws

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ
Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi