Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73470
az

Tutulan qadın narkobaronla bağlı ŞOK TƏFƏRRÜAT: İmkanlı şəxslərlə intim video...

16:3102 Sentyabr, 2022
406
REDAKTORUN SEÇİMİ
  • A

Tutulan qadın narkobaronla bağlı ŞOK TƏFƏRRÜAT

Bakıda hoteldə keçirilən əməliyyat nəticəsində saxlanılan qadın narkobaron haqqında maraqlı faktlar üzə çıxıb.

Oxu24.com  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hotellərdə gecələyərək izini itirməyə çalışan Gülnar Əhmədova əvvəllər məhkumluq həyatı yaşayıb. O, daha əvvəl Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyevin katibəsi olub.

2015-ci ildə Gülnar Əhmədovanın Şirvan və Hacıqabulda imkanlı şəxslərlə görüşərək onların görüntülərini çəkməsi və sonradan digər 2 nəfərlə birgə həmin şəxsləri bu videolarla şantaj etməsi üzə çıxıb. O vaxt Gülnar Əhmədova və onunla əlbir olan şəxslər barəsində cinayət işi açılıb, həmçinin o, katibə işlədiyi idarədən kənarlaşdırılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Gülnar Əhmədova Nəsimi rayonunda izini itirmək məqsədi ilə hotel otaqlarında gecələyirmiş. Onunla birgə narkokuryerliyə cəlb etdiyi şəxslər də saxlanılıb.

Gülnar Əhmədovanın Nəsimi rayonunda yerləşən hotellərin birində müvəqqəti qaldığı nömrədən 2 kiloqrama yaxın heroin, metamfetamin, tiryək, marixuana, həşiş və psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb. 

Gülnar Əhmədova külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu naməlum şəxsdən aldığını bildirib. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda iki prokuror vəzifələrindən azad olunub
Pensiya və minimum əməkhaqqı artırılacaq? - AÇIQLAMA
Bloggerlər həbs edildi

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
DİN-dən bu şəxslə bağlı əhaliyə müraciət etdi- FOTO