Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69275
az

Rusiyanın silahı tükənir - Kəşfiyyatdan açıqlama

10:1109 May, 2022
334
  • A

“Ukraynaya təcavüzünün başlanğıcında Rusiya yüksəkdəqiqlikli zərbələr endirmək və yan fəsadları məhdudlaşdırmaq qabiliyyətini açıq şəkildə təbliğ edirdi. Həmin təbliğatda Ukrayna şəhərlərinin bombardmanlardan təhlükəsiz olacağı bildirilib”.

Oxu24.com  xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Bununla belə, münaqişə müharibəöncəsi gözləntilərindən uzun çəkdiyi üçün Rusiyanın yüksəkdəqiqlikli sursat ehtiyatı, çox güman ki, xeyli tükənib.

Bu vəziyyət asanlıqla əldə edilə bilən, lakin köhnəlmiş, daha az etibarlı, daha az dəqiq və daha asan zərərsizləşdirilən sursatların istifadəsini məcbur edib. Rusiyaya, yəqin ki, artıq tükətdiyi yüksəkdəqiqlikli silahları əvəz etmək çətin olacaq.

Rusiyanın Ukraynaya müdaxiləsi onun genişmiqyasda yüksəkdəqiqlikli zərbələr endirmək qabiliyyətinin çatışmazlıqlarını üzə çıxarıb. Rusiya Ukraynanın qəsəbə və şəhərlərini dinc əhali arasında itkiləri nəzərə almadan intensiv və hərbi ilə mülki infrastruktur arasında fərq qoymadan bombardmanlara məruz qoyub”, - məlumatda vurğulanıb.

SON DƏQİQƏ! Rusiyanı bitiricək şok qərar qəbul edildi

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

APA TV - nin əməkdaşı vəfat edib
Axtarışda olan İlhamə saxlanıldı - RƏSMİ
Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ

6 yaşlı qız yeganə qəribə genlə doğulub

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi