Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67062
az

Azərbaycanda şok hadisə: Qızı öldürüb Ermənistana qaçan şəxs əsir düşdü - VİDEO

22:3717 Mart, 2022
686
  • A

2020-ci ilin 11 mart tarixində Gədəbəy rayonunun Novosaratovka kəndində Daryurd kənd sakini, 1996-ci il il təvəllüdlü Həsənova Qəşəng Ramazan qızının öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar nəticəsində qətlin Novosaratovka kənd sakini, 1972-ci il təvəllüdlü Məmmədov Anar Qiyas oğlu tərəfindən törədilməsi üzə çıxıb. Hadisədən sonra Anar Məmmədov piyada dağları aşaraq dövlət sərhədini keçməklə və Ermənistan Respublikası ərazisinə daxil olub və orada erməni hərbçiləri tərəfindən əsir götürülüb.

Ermənistan Respublikasının Geqarkunik vilayətinin Artanis kəndi istiqamətində əsir götürülən A.Məmmədov Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 28 yanvar 2021-ci il tarixdə Rusiya Sülhməramlıları tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilib.

Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, qətlə yetirilən 1996-cı il təvəllüdlü Q.Həsənova və hadisəni törədən A.Məmmədov daha əvvəl evli olublar. Q.Həsənova boşandıqdan sonra yüngül həyat tərzi keçirib və anasının Daryurd kəndindəki evini tərk edərək A.Məmmədovla Novosaratovkada yaşamağa başlayıb. O, bəzi hallarda tanış olduğu şəxsləri Anarın evinə gətirib. Qətl hadisəsinin baş verdiyi tarixdən 1 gün əvvəl isə Anar Qəşənglə birlikdə ikincinin anasına məxsus Daryurddakı evdə olub. Bu zaman qonşuluqda yaşayan şəxs həmin evə ayaqqabı ilə daxil olub. Anar həmin şəxs yaşlı qadının evinə ayaqqabı ilə daxil olmamasını bildirib. Bundan bir gün sonra isə Novosaratovkadakı evdə Qəşəng Anara ötən gün baş vermiş mübahisəni irad tutaraq onu söyüb. Qəşəngin onu söyüb tpiklə vurmasından sonra Anar onu döyüb, başını evdəki sərt əşyalara çırpıb. Qadının öldüyünü gördükdən sonra o, Ermənistan sərhədinə doğru gedib və postlardan yayınaraq qarşı tərəfə keçib. Orada isə erməni hərbçiləri Anar Məmmədovu əsir götürüblər.

Anar Məmmədovun Ermənistana keçməsi dəqiqləşdikdən sonra Azərbaycan onu İnterpol xətti ilə beynəlxalq axtarışa verib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Axtarışda olan İlhamə saxlanıldı - RƏSMİ
Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ
Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi