Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66900
az

SON DƏQİQƏ! Azərbaycanda məşhur şəxs işdən çıxarıldı

19:0814 Mart, 2022
4889
  • A

Azərbaycanda tanınmış prokuror olan Tariyel Qurbanov tutduğu vəzifədən azad olunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalyıb.

O, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsindən azad edilib.

Baş Prokurorluqdan "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər. T.Qurbanovun işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, T.Qurbanov uzun müddət Qaradağ və Hacıqabul rayonlarının da prokuroru olub. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

Vaxtilə Tariyel Qurbanov sol əli ilə salam verdiyinə görə də mətbuatın gündəminə gəlmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzada ölən şəxs görün kim imiş
Azərbaycanda güclü partlayış: Ölən var
Ramiz Abışov vəfat edib