Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64502
az

Çovğunda itkin düşən zabitimizin FOTOSU YAYILDI

23:0029 Yanvar, 2022
513
REDAKTORUN SEÇİMİ
  • A

Xəbər verdiyimiz kimi, Kəlbəcərin Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun ərazidə istiqaməti itirərək azan 4 hərbi qulluqçudan biri baş leytenant Bağırov Fuad Allagverdi oğlunun axtarışları davam etdirilir.

Oxu24.com xəbər verir ki, Fuad Bağırov əslən Şirvan şəhərindən olsa da, ailəsi ilə Gəncədə yaşayır. Onun bir qız, bir oğul övladı var. Zabitimizin qızı 3 ay öncə dünyaya gəlib.

Qeyd edək ki, Kəlbəcərin Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAXE, kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Keçirilən axtarışlar nəticəsində bu gün səhər C.Hüseynov, M.Hüseynov və Y.Kərimov tapılıb və hospitala yerləşdirilib. Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Axtarışda olan İlhamə saxlanıldı - RƏSMİ
Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ
Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi