Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşət: Xadimə qadın sürücünü bıçaqladı

Azərbaycanda dəhşət: Xadimə qadın sürücünü bıçaqladı

REDAKTORUN SEÇİMİ

710

07.12.2021, 13:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Bağmanlar adlanan ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.

Yanacaqdoldurma məntəqəsində xadimə işləyən 1989-cu il təvəllüdlü Günel Məmmədova oraya gələn taksi sürücüsü, Göygöl rayon sakini Vüsal Əmrahovu bıçaqlayıb.

İlkin məlumata görə, qadın həmin taksi ilə hər gün işə gəlib-gedirmiş. G. Məmmədovanın V. Əmrahovu aralarında mübahisə yarandığı üçün bıçaqladığı bildirilir.

Polis faktla bağlı araşdırmaya başlayıb.