Gəncədə ağır qəza: Yaralılar var
16 Mart 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
546
06.12.2021, 22:15
Sosial şəbəkələrdə tanış olduqları şəxsləri Yasamal rayonunda yerləşən “Qanlı göl” adlanan əraziyə çağırıb onlara qarşı quldurluq edən və zərərçəkənlərin şəxsiyyətlərini alçaldan videolar çəkərək hədələyən dəstə üzvləri həbs ediliblər.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, noyabrın 26-da Bakıda alı təhsil alan xarici ölkələrdən birinin vətəndaşı polisə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə tanış olduğu bir nəfər onu Yasamal rayonunda yerləşən “Qanlı göl” adlanan əraziyə çağırıb. Orada olan yarımtikilidə tanımadığı 4 nəfər ona qarşı fiziki zor tətbiq etməklə 1 ədəd dəyəri 1500 manat olan mobil telefonunu və 100 manat pulunu ələ keçiriblər. Həmin şəxslər daha sonra zərərçəkənin şəxsiyyətini alçaldan hərəkətlər edərək onu mobil telefon vasitəsi ilə lentə alıb polisə bu barədə şikayət edəcəyi təqdirdə həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.
Həmçinin oxuyun
Yasamal Rayon Polis İdarəsi və 28-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən dəstənin rəhbəri Sadiq Ovçiyev, Ağababa Musayev, Elnur Vəliyev, Nihat Rəhimli, Sübhan Xanlarov və Aqşin Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər eyni üsulla, yəni sosial şəbəkələrdə tanış olub görüşmək adı altında müxtəlif vaxtlarda daha 12 nəfəri “Qanlı göl” adlanan əraziyə çağırıb onlara qarşı da quldurluq ediblər. Dəstə üzvləri həmin zərərçəkənlərin də şəxsiyyətlərini alçaldan hərəkətlər edərək mobil telefon vasitəsi ilə çəkiblər. Onların mobil telefonlarına baxış zamanı müxtəlif şəxslərə qarşı etdikləri hərəkətlər və hədə-qorxu videoları aşkar edilərək götürülüb.
Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin əməllərindən zərərçəkən və hələ də polisə şikayət etməyən vətəndaşlar varsa bu barədə Yasamal Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.
Məhbusların intim həyatı necə təmin edilir? - Xüsusi otaqlar var imiş
13:33 / 18 Mart 2026
1
13:29 / 18 Mart 2026
37
13:19 / 18 Mart 2026
20
13:12 / 18 Mart 2026
19
12:44 / 18 Mart 2026
47
12:41 / 18 Mart 2026
40
12:39 / 18 Mart 2026
42
12:32 / 18 Mart 2026
424
12:29 / 18 Mart 2026
38
12:24 / 18 Mart 2026
45
12:17 / 18 Mart 2026
49
11:59 / 18 Mart 2026
512
11:58 / 18 Mart 2026
70
11:50 / 18 Mart 2026
170
11:45 / 18 Mart 2026
44
11:37 / 18 Mart 2026
57
11:31 / 18 Mart 2026
43
11:15 / 18 Mart 2026
59
11:12 / 18 Mart 2026
48
11:10 / 18 Mart 2026
76
10:55 / 18 Mart 2026
1835
10:28 / 18 Mart 2026
256
10:25 / 18 Mart 2026
47
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.