Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
645
06.12.2021, 19:10
Ermənistan baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.
Oxu24.com xəbər verir ki, iclasda konkret nələrin müzakirə edildiyi açıqlanmır.
Lakin Ermənistan mediası Təhlükəsizlik Şurasında Paşinyanın ötən həftənin sonunda rəhbəri olduğu “Mülki müqavilə” fraksiyası ilə qapalı toplantısının gündəmini müzakirə etdiyini yazır.Ötən həftənin sonunda Nikol Paşinyanın parlamentdə partiyasının deputatları ilə qapalı müzakirə keçirdiyi deyilirdi. Hətta erməni mediası Paşinyanın parlament binasından qışqıra-qışqıra danışdığını, səsinin dəhlizlərdən eşidildiyini də yazmışdı.
Məlumatlara görə, Paşinyanın parlamentdəki toplantısında Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi müzakirə olunub.
“Paşinyan deputatlarına delimitasiya-demarkasiyası prosesi başa çatdıqdan sonra dövlətlərarası sənədin parlamentdə təsdiq edilməsinin vacibliyini bildirirdi. Yəni hər kəs müqavilələrin imzalanmasında məsuliyyəti bölüşdürməlidir. Toplantıda həmçinin, Soçi razılaşnmalarına əməl edilməsi, Azərbaycanın irəli sürdüyü dəhliz məsələsi də müzakirə olunub. Əldə etdiyimiz məlumata görə, sərhədin delimitasiya və demarkasiyası ilə bağlı müqavilənin parlamentdə ratifikasiya edilməsi tələbi Paşinyanın qarşısına Putin tərəfindən qoyulub. Delimitasiya və demarkasiya prosesi ən qısa müddətdə – 6 ay müddətində həyata keçirilməsi planlaşdırılır”, – “Hraparak” qəzeti yazır.
Məlumata görə, Paşinyan Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında da eyni məsələləri müzakirə edib. Toplantıda TŞ-nin üzvləri ilə yanaşı, parlamentin spikeri və vitse-spikerinin, eləcə də parlamentin xarici əlaqələr və təhlükəsizlik komitələri rəhbərlərinin iştirak etməsi də bu məlumatın doğruluğu ehtimalını gücləndirir. / publika.az
11:30 / 09 Noyabr 2026
1
11:22 / 09 Noyabr 2026
40
11:09 / 09 Noyabr 2026
72
11:05 / 09 Noyabr 2026
62
10:55 / 09 Noyabr 2026
114
10:51 / 09 Noyabr 2026
118
10:44 / 09 Noyabr 2026
119
10:38 / 09 Noyabr 2026
163
10:30 / 09 Noyabr 2026
98
10:27 / 09 Noyabr 2026
76
10:10 / 09 Noyabr 2026
148
10:09 / 09 Noyabr 2026
165
10:00 / 09 Noyabr 2026
192
09:36 / 09 Noyabr 2026
1128
09:26 / 09 Noyabr 2026
87
09:19 / 09 Noyabr 2026
134
08:46 / 09 Noyabr 2026
107
08:42 / 09 Noyabr 2026
809
08:25 / 09 Noyabr 2026
136
04:25 / 09 Noyabr 2026
775
02:31 / 09 Noyabr 2026
740
01:34 / 09 Noyabr 2026
364
01:20 / 09 Noyabr 2026
829
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.