Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
456
06.12.2021, 18:46
Ucar rayonunda narkotik vasitə ilə tutulan şəxslərin digər cinayət əməllərinin üstü də açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Həbib Qasımov, Rəşad Seyfəddinli və Akşin Cəbrayılov saxlanılıblar.
Həmin şəxslərdən “patı” adlanan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb.
Belə ki, saxlanılan üç nəfər şəxs rayonun Qulabənd kənd sakini Xəyalə Peşmanova ilə qabaqcadan əlbir olaraq 2020-ci ilin dekabr ayında rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olaraq oradan 3 500 manat dəyərində məişət əşyalarını oğurluq yolu ilə ələ keçiriblər.
Bundan əlavə R.Seyfəddinli ilə X.Peşmanovanın rayon ərazisində yerləşən digər bir evdən 9 800 manat pul, qızıl-zinət əşyaları oğurlamaları da müəyyən edilib.
X.Peşmanova da polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub.
Oğurluq yolu ilə əldə olunan qənimətlərin əksəriyyəti dəstə üzvləri tərəfindən dəyərindən ucuz qiymətə satılıb, bir qismi isə maddi sübut kimi şöbə əməkdaşları tərəfindən götürülüb.
Saxlanılan şəxslər barəsində Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

11:30 / 09 Noyabr 2026
1
11:22 / 09 Noyabr 2026
40
11:09 / 09 Noyabr 2026
72
11:05 / 09 Noyabr 2026
62
10:55 / 09 Noyabr 2026
114
10:51 / 09 Noyabr 2026
118
10:44 / 09 Noyabr 2026
119
10:38 / 09 Noyabr 2026
163
10:30 / 09 Noyabr 2026
98
10:27 / 09 Noyabr 2026
76
10:10 / 09 Noyabr 2026
148
10:09 / 09 Noyabr 2026
165
10:00 / 09 Noyabr 2026
192
09:36 / 09 Noyabr 2026
1128
09:26 / 09 Noyabr 2026
87
09:19 / 09 Noyabr 2026
134
08:46 / 09 Noyabr 2026
107
08:42 / 09 Noyabr 2026
809
08:25 / 09 Noyabr 2026
136
04:25 / 09 Noyabr 2026
775
02:31 / 09 Noyabr 2026
740
01:34 / 09 Noyabr 2026
364
01:20 / 09 Noyabr 2026
829
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.