Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61002
az

Pensiyaya çıxmağa hazırlaşanlara pis xəbər- Tələb edilən kapital məbləği yüksəldi

19:2012 Noyabr, 2021
760
REDAKTORUN SEÇİMİ
  • A

2022-ci ildə Azərbaycanda minimum pensiyanın məbləği 20 faiz artırılaraq 200 manatdan 240 manata çatdırılacaq. 

Oxu24.com  bildirir ki, pensiyaların minimum həddinin artırılması hazırda pensiya alan (xüsusi qaydada pensiyaya çıxanlar istisna olmaqla – red.) şəxslər üçün yaxşı xəbər olsa da, pensiyaya çıxmağa hazırlaşan bəzi şəxslər üçün pis xəbər olacaq. Çünki minimum pensiyanın artırılması pensiyaya çıxmaq üçün tələb edilən pensiya kapitalını da artırdığından bəzi şəxslərin pensiyaya çıxması mümkün olmayacaq və həmin şəxslər yaşa görə müavinət almaqla kifayətlənəcək. 

Hazırda pensiyaya çıxmaq üçün tələb edilən kapital 28 800 manatdır. Minimum kapitalın məbləği minimum pensiya məbləğinin 144-ə vurulması ilə müəyyən olunur. Gələn il minimum pensiya 240 manat olarsa, pensiyaya çıxmaq üçün tələb edilən kapitalın məbləği 34 560 manata yüksələcək.  

Qaydalara əsasən, yaşa görə pensiyaya çıxmaq üçün 2 şərtdən biri ödənilməlidir. Ya minimum pensiya kapitalı toplanmalıdır, ya da sığorta stajı minimum 25 il olmalıdır. Elə şəxslər var ki, onların stajı 25 ildən az olsa da, pensiya kapitalı 28 800 manata yaxındır. Bu şəxslər kapitalı toplaya bildiyinə görə pensiyaya çıxa bilərdilər. Amma tələb edilən minimum pensiya kapitalı artırıldığından həmin şəxslərin pensiyaya çıxması mümkün olmayacaq. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ
Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi