Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60528
az

SON DƏQİQƏ! Baş Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı

10:3503 Noyabr, 2021
1081
REDAKTORUN SEÇİMİ
  • A

Oktyabrın 25-də Binəqədi rayonu, Biləcəri qəsəbə sakini 1969-cu il təvəllüdlü Gülnarə Namazovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon Prokurorluğundan  Oxu24.com-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1957-ci il təvəllüdlü Sərdar Namazovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vurvaraq onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Sərdar Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

SON DƏQİQƏ! Hava ilə bağlı xəbərdarlıq edildi

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzada ölən şəxs görün kim imiş
Azərbaycanda güclü partlayış: Ölən var
Ramiz Abışov vəfat edib