Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşətli qətl: Maşınla qohumun üstündən keçib öldürdü

Azərbaycanda dəhşətli qətl: Maşınla qohumun üstündən keçib öldürdü

REDAKTORUN SEÇİMİ

1906

23.09.2021, 08:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Goranboyda qohumların münaqişəsi ölümlə nəticələnib.

Oxu24.com -un  məlumatına görə, hadisə Goranboy şəhərində, Mərkəzi Bazar yaxınlığında baş verib.

Rayonun Buzluq kəndinin sakinləri olan yaxın qohumlar 65 yaşlı Əmiraslan Nağıyevlə 1966-cı il təvəllüdlü Fərrux Qasımov arasında düşən mübahisə əlbəyaxa davaya çevrilib.

Ə.Nağıyev qohumunu küçənin ortasında döyərək, ona ağır xəsarət yetirib. Ə.Nağıyev daha sonra "Niva" markalı avtomobillə F.Qasımovun üzərinə sürərək onu öldürüb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.(apa)

Bakıda gecə saatlarında dəhşət: Taksi sürücüsünün öldürdüyü şəxs görün kim imiş -Hadisə yerindən